Sidikdə köpük nəyin əlamətidir?

Sidikdə köpük nəyin əlamətidir?

Yazar Yorum Yap 18 views

Elə insan yoxdur ki, ömründə bir neçə dəfə sidiyində köpük görməsin. Elə adam var buna əhəmiyyət vermir, eləsi də var qorxur. Əgər hər sidiyə getdikdə çox köpük varsa və bu 1 həftədən artıq davam edirsə, şübhələnməyə dəyər.

Adətən insan uzun yoldan gəldikdə, sidiyini xeyli müddət saxladıqda, qaçaraq tualetdə çatanda sidik kanalından yüksək axınla sidik gələndə köpüklənmə baş verir. Bu köpük qısa müddətdə itir.

Medicina.az xəbər verir ki, əgər sidikdə köpüklə yanaşı bədənin müxtəlif nahiyələrinin-əl, ayaq, qarının şişməsi, iştahın kəsilməsi, yorğunluq, ürəkbulanma, beldə ağrılar, sutkalıq sidik miqdarının azalması və ya artması, sidiyin rənginin dəyişməsi, kişilərdə cinsi problemlər də eyni vaxtda müşahidə olunursa, o zaman uroloqa müraciət etməyi yubatmaq olmaz.

İlk növbədə bədənin susuzlaşmasını inkar etmək lazımdır. Əgər sidikdə köpüklənmə və rəngi tünd-qəhvəyidirsə, bu su çatışmazlığının əlamətidir. Böyrəklər həddən artıq çox sidik ifraz edir, orqanizm maye itirir. Bu zaman sidikdə duzlar çoxlalır, bu da köpüklənmə verir. Problem sutkalıq təbii su, maye qəbulunun artırılması, 2 litrə çatdırılması ilə həll oluna bilər.

Stabil, itməyən köpük və normal sidik rəngi proteinuriyanın əlamətidir. Bu o deməkdir ki, sidikdə zülal normadan çoxdur. Bəs sidikdə niyə zülal çoxalıb? Bu o deməkdir ki, böyrəklərin süzücülüyü pozulub, albumin molekulları sidiyə keçir, burda artıq böyrəklər ciddi yoxlanmalıdır.

Bəzən isə müvəqqəti proteinuriya baş verir: stress, yorğunluq, ağır iş, bədənin soyuması, temperatur dəyişikliyi, bəzi infeksion xəstəliklərdə sidiyə zülal keçir. Lakin insanın ümumi vəziyyəti stabilləşən kimi bu problem aradan qalxır.

Statik proteinuriya isə şəkərli diabet, hipertoniya və böyrək xəstəliklərdə-sidik yollarının infeksiyası,prostat və s. baş verir.

Əgər xəstədə analiz və müayinələr zamanı elə də ciddi pozulmalar aşkarlanmayıbsa, o zaman irsi, genetik səbəb araşdırılır. Ailədə, nəsidldə diabet və uroloji xəstəliklərin olub-olmaması soruşulur. Ola bilər xəstə diabet önü mərhələdədir.

Etiketler