Ağciyərlərimizin sağlamlığı ilə bağlı MÜHÜM QAYDA

Ağciyərlərimizin sağlamlığı ilə bağlı MÜHÜM QAYDA

Yazar Yorum Yap 10 views

Həkim Aleksandr Myasnikov ağciyərlərin sağlamlığı üçün nəfəs məşqləri etməyi məsləhət görüb.

Bu barədə kardioloq və məşhur teleaparıcı «Rossiya 1» kanalında «Əsas məsələ barədə» («О самом главном») verilişinin efirində danışıb.

Ağciyərlərin sağlamlığının yaxşılaşdırılması ilə bağlı məsləhətlər verən həkimin sözlərinə görə, ilk növbədə qamətiniz düz olmalıdır. Myasnikov bildirib ki, insan əyilirsə, o zaman sinəsi daralır və nəticədə ağciyərlər sinə içində sıxılır və tam düzləşə bilmir.

Myasnikov hesab edir ki, artıq çəkilərdən xilas olmaq da ağciyər sağlamlığını yaxşılaşdırmağın başqa bir yolu ola bilər.

Həkim izah edib ki, artıq çəkisi olan insan tam nəfəs ala bilmir, ona görə də ağciyərin tutumu zamanla azalır. Və bu, müxtəlif tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər.

Həkim nəfəs məşqlərinin faydalarından da danışıb. O, vurğulayıb ki, internetdə tənəffüs əzələlərini gücləndirən çoxlu məşqlər tapmaq olar./publika.az

Etiketler