Kondinsionerlər ölümcül bakteriyalar yayır

Kondinsionerlər ölümcül bakteriyalar yayır

Yazar Yorum Yap 40 views

Yayın hədsiz isti keçdiyi bir vaxtda insanlar kondinsionerlərə hədsiz aludə olublar. Amma bunun nə dərəcədə onlara xeyirliolub-olmadığının fərqinə varmırlar. «Haber türk» qəzetinin yaydığı məlumata görə, Türkiyənin məşhur «Yeddiqüllə» Ağciyər elmi-tədqiqat institutunda kondinsionerlərin insan sağlamlığına vurduğu ziyanlar öyrənilib. İnstitutun baş həkimi Sedat Altınbildirib ki, isti havada kondinsionerlərə sərinləşdirici vasitə kimi baxanlar arasında ciddi xəstəliklər yaranmaqdadır. Bu «Legioner»viruslarının törətdiyi sətəlcəmdir. “Legioner” xəstəiyinə səbəb olan viruslar ancaq kondinsionerlər vasitəsilə insan orqanizminəkeçir. “Son vaxtlar müxtəlif nəfəs yolları xəstəliyi ilə xəstəxanalara gələnlərin sayı artıb. Maraqlıdır ki, onlara çox vaxt adisoyuqdəymə diaqnozu qoyulur. Bu isə xəstəliyin gizli səbəblərinin üzə çıxmasına əngəl olur. Araşdırmamız nəticəsində bəlli oldu ki,kondinsioner altında çox qalan insanların orqanizmində «Pneumophilia» adlı bakteriyalar yaranır. Düzdür, onlar insandaninsana keçmir, amma suya və torpağa düşən kimi, sürətlə artırlar».
S.Altınının sözlərinə görə, xəstəlik inkişafı dövründə özünü insanda qarın ağrısı, mədə bulantısı, temperaturun yüksəlməsi vəsair şəklində göstərir: «Ona görə ki, inspanlar kondinsionerdən kor-koranə yararlanır. Hansı ki, bu məişət cihazı vaxtaşırıtozlardan təmizlənməli, suyunda analiz aparılmalı, filtiri yyulmalıdır. Ən əsası isə odur ki, otaq şəraitində kondinsioneri heç vaxt 23dərəcədən aşağı salmaq olmaz. Çünki bu bakteriyaların yayılmasını sürətləndirir».

Etiketler