Sitrus içkiləri böyrək daşının qarşısını alır

Sitrus içkiləri böyrək daşının qarşısını alır

Yazar Yorum Yap 18 views

Sitrus meyvələrindən hazırlanan dietik içkilər insanların böyrəklərində daşların yaranmasının qarşısını alır. Belə bir qənaətə ABŞ-ın Massaçusets xəstəxanasının professorları gəliblər. Onlar bildirib ki, bu sitrus meyvələrində böyük həcmdə limon duzu turşusu var. Bu isə böyrəklərdə kalsium oksalatın miqdarının artıqlığı zamanı yaranan daşların meydana çıxmasına yol vermir. Qeyd edək ki, insanların böyrəklərində daşlar əsasən metabolizm və ifrazat sisteminin pozulması nəticəsində yaranır. Bunun qarşısını almaq üçünsə həkimlər uzun müddət kalium sitratdan istifadə ediblər. 10 il əvvəl isə məlum olub ki, ev şəraitində hazırlanmış limonadlar böyrək daşının yaranmasına meyilli olan insanların sağlamlıqlarının qorunmasına mühüm təsir göstərir. Son araşdırmalar zamanı isə xüsusi qazlı dietik içkilərdə də bu maddələrin qat-qat çox olduğu üzə çıxıb.

Etiketler