Kimlərə qreypfrut yemək olmaz? – SƏBƏB

Kimlərə qreypfrut yemək olmaz? – SƏBƏB

Yazar Yorum Yap 8 views

Qreypfrut antioksidant və liflə zəngin tropik meyvədir. Araşdırmalara görə, bu meyvənin arıqlamaqdan tutmuş ürək xəstəliyi riskini azaltmağa qədər bir çox faydası var. Bəs bu qədər faydası olan qreypfrutun zərərləri hansılardır? Hansı hallarda qreyprut yemək məsləhət görülmür?

Həssas dişləriniz varsa
Əgər dişlərinizdə həssaslıq varsa, qreypfrut yeməkdən çəkinməlisiniz. Çünki, qreypfrut istifadəsi diş minasının aşınmasına səbəb ola bilər. Ümumiyyətlə, sitrus meyvələrində olan limon turşusu diş minasını zəiflədir.

Reflüks xəstəliyi olanlar
Qastroezofageal reflüks xəstəliyi olanlar qreypfrutu qəbul edərkən mədə yanması və regürjitasiya kimi simptomların artması ilə qarşılaşa bilərlər. 

Böyrək çatışmazlığı olanlar
Qreypfrutun tərkibindəki kalium səbəbindən böyrəkləri tam işləməyən şəxslər qreypfrutu yeyərkən diqqətli olmalıdırlar. Böyrəklər qandan artıq kalium çıxara bilmədikdə, ağırlaşmalara səbəb olur və hətta ölümlə nəticələnə bilər. 

Dərman qəbul edən şəxlər
Qreypfrut bəzi dərmanlarla qarşılıqlı təsir göstərə və dərmanların orqanizmə təsirini dəyişə bilər. Bunun səbəbi, bədənin müəyyən dərmanları metabolizə etmək üçün istifadə etdiyi bir ferment olan sitoxrom P450-ni maneə törədən maddələrin olmasıdır. Belə ki, bədən dərmanları normal qaydada metabolizə etməyə bilər. Bu da dərmanın normal qan səviyyələrindən aşağı və ya yüksək olmasına səbəb olur.
Bundan əlavə, dərman bədəndə çox qısa və ya çox uzun müddət qala bilər. Dərman bədəndə çox qısa müddət qaldıqda, funksiyası azala bilər. Çox uzun müddət qaldığı təqdirdə isə təhlükəyə yola aça bilər. Odur ki, dərman istifadə edən şəxslər qreypfrutu qida rasionuna əlavə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. 

Etiketler