Orqanizminizi təmizləyin, ömrünüz uzansın

Orqanizminizi təmizləyin, ömrünüz uzansın

Yazar Yorum Yap 2 views

Xəstəliklərimizin ən böyük səbəbkarı orqanizmin çirklənməsidir. Gün ərzində qəbul etdiyimiz qidalar vasitəsilə bədənimizə yüzlərlə bakteriyalar daxil olur. Orqanizmin infeksiyalardan təmizlənməsi sağlam həyat və uzun ömür deməkdir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, orqanları ev şəratində hazırladığınız məlhəmlərlə təmizləyə bilərsiniz.

Qanı təmizləmək üçün məlhəm

· Payızda zəncirotunun kökünü yığıb qurut. 2 xörək qaşığı zəncirotu kökündən 1 stəkan qaynar suya töküb, vam odda 10 dəqiqə qaynat. Kənara qoyub, 40 dəqiqə saxla. Gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl bu qarışıqdan yarım stəkan qəbul etmək qandakı çirki təmizləyəcək. Müalicə 1 həftə davam etdirilməlidir.
· Fincana süd və tünd dəmlənmiş çay tök. Üzərinə 2 çay qaşığı şəkər tozu və ya bal əlavə edib, gündə 4 dəfə iç. Müalicəni 1 həftədən artıq təkrarlamaq olmaz.

Duzları təmizləmək üçün

Günəbaxan kökünün qalın hissəsini götürüb qurut. Qarışıqdan 1 stəkan götürüb, 3 litr suya tök. 2 dəqiqə qaynadıb, 3 gün iç. Növbəti dəfə eyni miqdarda günəbaxan kökü ilə suyu qarışdırıb, 5 dəqiqə qaynadıb, 3 gün ərzində iç. Sonuncu mərhələdə isə suyu 10 dəqiqə qaynatmaq lazımdır.

Limfa düyünlərini qreypfrutla təmizlə

900 ml. qreypfrut, 900 ml. portağal və 200 ml. limon şirəsini qarışdırıb, 2 litr suya qat. Gün ərzində bu qarışıqdan iç. Arada səhər yuxudan duranda içərisinə 2 çay qaşığı alma sirkəsi tökülmüş 2 litr su ilə imalə olun. Tez-tez isti vanna et. Bu prosedurdan sonra limfa düyünlərin təmizlənəcək.

Etiketler