Vitamin D əskikliyini evdə özün təyin et

Vitamin D əskikliyini evdə özün təyin et

Yazar Yorum Yap 3 views

Payız-qış aylarında orqanizm kəskin vitamin D defisiti keçirir. D vitamini hətta isti yay aylarında təbii olaraq günəşdən alınsa da, cəmi 3-4 aya sərf olunub gedir.
Analiz vermədən, evdə, özünüzdə vitamin D defisitini təyin etməyin metodu:

Özünüzdə bu vitaminin çatışmamasını necə yoxlamalı?
— Saçlarınıza, dırnaqlarınıza baxın — əgər quru, qırılan, laylanan, cansızdırsa, sınırsa, uzanmırsa, saçlarınız tökülürsə deməli vitamin azdır
— Bədən, əllər, boyun tez-tez tərləyirsə
— Gecələr yatanda və ya çox oturanda qollar, ayaqlar uyuşursa, qıcolmalar baş verirsə
— Əzələlər zəifdirsə, spazmlar olursa
— Yuxunuz normal deyilsə, yuxuya gedə bilmirsiz
— Qadınlarda menstruasiya pozulmaları varsa
— Kişilərdə cinsi zəiflik və enerjisizlik varsa
— Daim yorğun, əzgin, bir işi görməyə halınız yoxdursa
— Sümüklər, barmaqlar, oynaqlar ağrıyırsa
— Başda duman hissi, diqqət, yaddaş zəifliyi varsa
— Sümüklərdə kövrəkləşmə başlayıbsa
— Ağzınız, diliniz, ağız ətrafı sanki qurudursa
— Çəkiniz öz-özünə artırsa, bədən sanki şişirsə
— Bağırsaqlarda spazm, şişmə varsa

//medicina.az

Etiketler