Qan qrupuna görə qidalanma

Qan qrupuna görə qidalanma

Yazar Yorum Yap 28 views

Qan qrupuna görə tutulan pəhrizlər nəyə görə bu qədər insanın  diqqətini cəlb edir?
İlk əvvəl ona görə ki, qan qrupuna görə tutulan pəhriz qəbul olunan qidanın miqdarını təcrid etmir. Siz istədiyiniz miqdarda qida qəbul edə bilərsiniz. Bu pəhriz zamanı qəbul olunan kalorilinin  miqdarını bütün digər pəhrizlərdə olduğu kimi  nəzarətdə saxlamaq lazım deyil. Bundan əlavə qan qrupuna görə təyin olunan pəhriz özündə “pəhriz” terminini çıxarmağa çalışaraq insanın uzun müddət qidalana biləcəyi sağlam qidalanma kimi qəbul edilməyə layiqdir.
Qeyd etmək lazımdır ki, qan qrupu faktoru özü –özlüyündə son zamanlar populyar olmağa başlayıb,.Astroloqlar, həkimlər və hətta ailə psixoloq konsuıtantları bu faktoru nəzərə almağa başlayıblar Beləliklə təbiətin özü insan üçün faydalı qidanı müəyyənləşdirir və bir çox kliniki tətqiqatlar bu üsulun xeyrili və məqsədyönlü olmasını təstiqləyir.
Qeyd olunur ki, bu pəhriz nəinki mədə bağırsaq sisteminin işini və maddələr mübadiləsini yaxşılaşdırır, həm də imuniteti tez bir zamanda qaldırır, bir neçə konkret hallarda bu pəhriz allergiyanın aradan götrülməsinə və tamamilə müalicə olunmasına  səbəb olub. Bundan əlavə qan qrupuna görə pəyriz insana daha çox enerji verərək onu daha güclü olmasına və iş qabiliyyətinin yüksək olmasına təkan verir. Aşağıda sizə qan qrupuna uyğun dietaları təqdim edirik.

Dieta  I qan qrupu

Olar: Ət ( ət məhsullarının bütün növləri)
Balıq (bütün növləri), dəniz məhsulları, meyvə tərəvəz ( bütün növləri), brokli ,yaşıl salat, ispahaq, kəpək unu, yodlu duz, VitB,Vit K, Ca, Mg, Y, Pankreotit fermentləri

Az miqdarda olar: yulaf yarması, qarabaşaq,

Olmaz: kələm, qarğıdalı, buğda, paxla, dondurma ,kortof,  mərci, mayalı un    məmulatları
ketçup,turşular, donuz əti, VitA ,VitE, turş meyvələr (ananas), sitrus (bütün növləri) içkilər

Olar: Yaşıl çay, itburnu, zəncəfil cayı, nanəli cay, cökə (lipa), lakriça çayı,seltrskaya suyu

Az miqadarda olar: pivə, çaxır, adaçayı (şalfey), çobanyastığı, moruq yarpağı, jenşen, pisik otu (valerian)

Olmaz: kofe, tünd içkilər, boy çiçəyi (zveroboy), sena çayı, çiyələk yarpağı

Olar: Fiziki təlim, aerobika, qaçış, üzgüçuluk, xizəkdə süruşmək

Dieta II qan qrupu

Olmaz : Ət  (hər növ), balıqlardan (hisə verilmiş), balıq kürüsü, süd məhsulları, mayonez, buğda unu, bibər ( hər növ),sirkə,ketçup,pomidor, dondurma qənd, şokalad, yağ (qarğıdalı, oraxis), portağal, naringi, banan, kokos, papaya, turş meyvələr və giləmeyvələr

Duzlu qidalar: kələm, xıyar,duzlu balıq

Olar:  Zeytun yağı, soya, tərəvəzlər(hər növ), ananas, vitamin B,C,E, dəmir ,sink, xrom,bifedobakteriya, sarımsaq,soğan, kök, kortof, brokli paxlalı bitkilər, yumurta

Az miqdarda olar: Yağsız pendir,yağız tvoroq, toyuq hind toyuğu, balıq, içkilər

Olar: kofe, yasıl cay, qirmizi caxır,kök ,ananas,qreyfrut,vişnə şirələri ,limon suyu olar

Olmaz: qara çay, portağal şirəsi, moruq, ciyələk,

Olar:  Fiziki təlim — yoqa, tay-çize.

III qan qrup dietası

Qlüteynli qidalar olmaz

Olar: Ət(bütün növləri) ,hind toyuğu, balıq(bütün növləri), yumurta, paxlalı ,tərəvəz (bütün növləri), tərəvəz salarları meyvələr (bütün növləri), exnoçeya (otu)

Olmaz: dəniz məhsulları(balıqdan başqa), donuz əti, toyuq, qarabaşaq ,buğda unu, qarğıdalı (hər novü, hətta yağları), balqabaq, zeytun, pomidor, mərci, oraxis

İçkilər olar: Yaşıl çay, ot çayları (jenşen, qinkobeloma, moruq yarpağı,ada çayı (şalfey), biyan      kökü (solodka), şirələr(kələm, ananas, üzüm, klyukva)

Az miqdarda olar: pivə, caxır, kofe,qara çay,apelsin şirəsi.

Olmaz: tomat şirəsi,bağ meyvələri.

Olar: fiziki təlim, yürüş, tennis, üzgüçülük, yoqa, tayçi, velosiped.

IV qrup dieta

Olar: qoyun, dovşan, balıq,hind toyuğu, süd məhsulları( yağsız pendir), zeytun yağı,qoz ,araxis,
tərəvəzlər (bütün növləri),  meyvələr ( bütün növləri) , ananas, Vit C, Selen Cink, həzm fermentləri ( bromelayn, kvertsetin)

Olmaz: qarabaşaq , qarğıdalı ( bütün növlər və yağları), acı bibər, qara zeytun, turş meyvələr, qirmizi mal əti, donuz əti, tumlar (hər növ), buğda unu.

Az miqdarda olar: paxlalı bitki,

İçkilər olar: kofe, yaşıl çay, çobanyastiğı çayı, jenşen, zəncəfil, itburnu.

Az miqdarda olar: pivə, caxır, nanəli cay, pişik otu , nanəli çay

Omaz: aloy, cökə, səna çayı.

Etiketler