Limfa düyünləri niyə şişir- Nə etməli?

Limfa düyünləri niyə şişir- Nə etməli?

Yazar Yorum Yap 55 views

Əhali arasında limfaların şişməsi çox yayılsa da, bəzən bu xəstəlik öz-özünə keçib getdiyindən həkimə müraciətlər az olur.

Medicina.az leykoz və onkologiyaya şübhə yaradan limfodenit barədə məlumatı təqdim edir:
Limfadenitin 2 növü var: kataral və irinli.

Kataral forma sadəcə limfa düyünü böyüməsidir, irinli forma isə onun irinlə dolmasıdır. Məhz irinli forma xəstə üçün ağır nəticələnir.

Adətən bu xəstəliyi ikincili hesab edirlər. Əvvəlcə orqanizmdə hər hansı orqan və sistemdə infeksion – iltihabi ocaq olur, ordan virus və bakteriyalar limfa düyünlərinə düşür. Ona görə həkimlər hansı nahiyədə limfa düyünləri şişibsə, o nahiyələrdə iltihab mənbəyini axtarır. Limfalar daha çox boyun, çənə, qasıq, qolaltı nahiyədə şişir.

Xəstəliyin törədicisi streptokokk və ya stafilakokk olur.
Əlamətləri:


-Yerli iltihab əlamətləri: düyün və ətrafının şişkinliyi, gözlə və əllə baxdıqda limfanın böyüməsi, bəzən ağrı

-Ümumi intoksikasiya əlamətləri: halsızlıq, iştahsızlıq, ürəkbulanma, qızdırma

Səbəblər:

-İmmunitetin çox düşməzi

-Bədənin soyuması, donma

-Həddən artıq yorğunluq

-Zərərli vərdişlər

-Xroniki iltihabi xəstəliklər

-Yara, xora, osteomiolit

-Diş və boğaz problemləri

Müalicə olunmadıqda xəstəlik xronikləşir və limfa düyünləri müəyyən ölçüdə qalır, bərkiyir, xəstəyə başqa simptomlar vermir.


Diaqnoz və müalicə

İlk növbədə terapevtə müraciət olunur. USM müayinə, qan analizləri verilir. Şübhəli məqamlarda limfaların KT və irinli düyündən biopsiya tələb oluna bilər. Histoloji cavab çıxdıqdan sonra düyünün hansı mənşəli olması dəqiqləşir.

Daha sonra infeksionist müalicəyə qoşula bilər.

Müalicə üçün antibiotiklər, iltihab əleyhinə dərmanlar, eləcə də immuniteti möhkəmlətmək üçün müalicə yazılır

Eləcə də fizioterapiya prosedurları təyin edilir

İrinli limfa düyünlərində cərrahi müdaxilə ilə irin boşaldılır.

Limfa düyünləri hansı nahiyədə şişibsə o ətrafdakı orqanlar diqqətlə müayinə olunur və yanaşı orqanlarda iltihab varsa müalicə edilir. Bura burun, qulaq, diş problemləri, ginekoloji, uroloji xəstəliklər aiddir.

Limfa düyünlərinin üzərinə maz, krem çəkmək, sıxmaq, basmaq, bağlamaq, əzmək, kompress qoymaq olmaz.

Limfa sistemini aktivləşdirmək üçün bol su içilməlidir.

Etiketler