«Omikron» zamanı öskürək belə olur — Xüsusiyyətləri

«Omikron» zamanı öskürək belə olur — Xüsusiyyətləri

Yazar Yorum Yap 4 views

Həkimlərin müşahidələrinə görə, koronovirusun ştammı olan “omikron” delta ştammı ilə müqayisədə daha az hallarda ağciyərin zədələnməsinə səbəb olur.

Həmçinin omikron “klassik” koronavirusla müqayisədə xeyli yüngül keçir.

Saglamolun.az bildirir ki, bu haqda «Москве 24»-də rusiyalı həkim-pulmonoloq Aleksandr Palman məlumat verib.

Həkim bildirib ki, “omikrona” daha çox soyuqdəymə və qripp viruslarının simptomları xasdır: öskürək, boğazda ağrılar.

“Öskürək boğazdan gəlir, ağciyərdən gəlmir. Burada pnevmonit və pnevmoniyalara deyil, faringit və bronxitlərə daha tez-tez rast gəlinir” —  Palman qeyd edib.

Həkim bildirib ki, koronavirus artıq daha yoluxucu, lakin daha az təhlükəli formaya keçib. Bu isə o deməkdir ki, koronavirus yaxın zamanlarda digər soyuqdəymə virusları kimi olacaq və ağır epidemiya və pandemiyalara səbəb olmayacaq.  

Etiketler