Soyuq fəsillərdə öskürək, bronxit, traxeit, laringit ən yayılmış pozulmalardandır. Bu pozulmaları müalicə etmək ucuz və sınanmış təbii vasitə var.
Bu da sovet dövründən tanınan “gülxətmi siropu” (rus dilində “sirop alteya” və ya el arasında “alteyka”). Saglamolun.az bildirir ki, bu siropu indi də apteklərdə asanlıqla tapmaq olur.
Ucuz qiymətə satılan gülxətmi siropu çox yaxşı iltihabəleyhinə təsirə malikdir, bəlğəmi duruldur və onun nəfəs yollarından çıxmasını asanlaşdırır, öskürəyi müalicə edir, boğaz və udlağın iltihablaşmış selikli qişalarını sakitləşdirir, boğazda qaşınma və göynəməni azaldır.
Bu xüsusiyyətlərə görə gülxətmi kökü siropu öskürək, bronxit, göyöskürək, pnevmoniya və həmçinin angina, traxeit və laringit zamanı uğurla istifadə olunur. Sirop həm böyüklər, həm də uşaqlarda istifadə oluna bilər.
Qəbul etdikdən əvvəl müalicə həkiminizlə məsləhətləşin!