Hamiləlik zamanı balıq yağının faydası uşaqlarda astma xəstəliyin inkişafı riskini azaldır. Alimlər sübut edir ki, bu xüsusilə hamiləliyin son 3 ayına aiddir.
Medical Xpress xəbər verir ki, Kopenhaqen Universiteti (Danimarka) alimləri 700 hamilə qadının iştirakı ilə elmi araşdırma aparıblar. Qadınların bir hissəsi hamiləliyin son üçaylığı ərzində hər gün 2,4 qr balıq yağı qəbul edirdi, digər hissəsi isə balıq yağı qəbul etmirdi.
Həkimlər 5 il ərzində doğulmuş uşaqların sağlamlığına, xüsusilə də nəfəsalma ilə bağlı olan problemlərin əmələ gəlməsinə nəzarət ediblər. Nəticədə məlum olub ki, hamiləlik zamanı balıq yağı qəbul edən anaların uşaqları bronxit, pnevmoniya və s. respirator xəstəliklərinə daha az hallarda tutulurdu.