Qızlar aylıq tsikl zamanı niyə çox yemək istəyir?

Qızlar aylıq tsikl zamanı niyə çox yemək istəyir?

Yazar Yorum Yap 39 views

Qəribədir, aylıq tsikl yaxınlaşanda qızlar nə isə yemək istəyirlər. Çətini də odur ki, damaq dadını tutdurmaq olmur: gah pizza, gah şirniyyat, gah şokolad, gah da sadəcə, ağ çörək yemək istəyirsən.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb aylıq tsikl zamanı orqanizmdə metobolizmin güclənməsidir. Yəni orqanizm daha çox kalori «yandırmağa» başlayır. Ona görə də qadın tez acır və doymanı hiss etmir. Bu zaman orqanizm daha çox karbohidrat qəbul etmək istəyir.

Digər tərəfdən isə aylıq tsikl zamanı qanda progesteron hormonunun (sakitləşdirici) fəaliyyəti zəifləyir. Bu zaman biz arada üşüyür, sonra tez — tez tərləyirik. Ona görə də aylıq tsikl zamanı qadınlar nə yesələr də o qədər çox kökəlmirlər. Əsas problem ayaqlarda, qarında və döşlərdə olan şişkinlikdir. Bu da insanda aldadıcı köklük effekti yaradır və bir müddətdən sonra aradan qalxır.

Etiketler