1. Ürək sağlamlığını dəstəkləyir: Cəmiyyətimizdə görülən ürək xəstəliklərinin ən mühüm səbəbi yüksək xolesterin və doymuş yağlardan zəngin qidalanma tipidir.
Paxlalılar orqanizmdə xolesterinin sağlamlığını aşağı salır və bununla da ürəyi və damarları xəstəliklərdən qoruyur. Bu səbəblə ürək xəstələrinin həftədə iki dəfə paxlalılardan yemələri məsləhət görülür.
2. Sümükləri gücləndirir: Paxlalıların tərkibində orqanizmin bütün sistemlərinə faydalı vitamin və minerallar var. Onlardan biri də kalsiumdur. Tərkibindəki kalsium sayəsində sümük inkişafı və sağlamlığını qoruyur.
3. Sinir sistemini nizamlayır: Paxlalılar eyni zamanda B vitamini qaynağıdır. Daşıdığı B12 ilə yanaşı, tiamin, riboflavin, niasin və fol turşusu kimi B vitaminləri sinir sisteminin nizamlı işləməsinə töhfə verir.
4. Tox tutur: Milli.az xəbər verir ki, paxlalı yeməklər insanın acma sürətini azaldaraq, toxluq müddətini uzadır. Bu səbəblə lif baxımından olduqca zəngin paxlalılar arıqlama pəhrizlərinin əvəzolunmaz elementi kimi də seçilə bilər.
5. Xərçəngə qarşı təsirlidir: Paxlalılar qalın bağırsağa müsbət təsir göstərir. Beləliklə zərərli bakteriyaları bədənimizdən uzaqlaşdıraraq kolon və düz bağırsaq xərçəngindən qoruyur.
6. İmmuniteti gücləndirir: Xəstəliklərə qarşı müqavimət göstərməyimiz üçün immunitet sistemimizin dəstəklənməsi çox əhəmiyyətlidir. Bunun üçün ehtiyac duyduğumuz vitamin və minerallardan dəmir, E vitamini, maqnezium və kalium paxlalılarda yer alır.