Menstruasiya zamanı 7 OLMAZ

Menstruasiya zamanı 7 OLMAZ

Yazar Yorum Yap 337 views

Menstruasiya zamanı qadının orqanizmində ciddi dəyişikliklər baş verir. Bu səbəbdən menstruasiya zamanı bəzi məhdudiyyətlər mövcuddur.

1. Cinsi əlaqəyə girmək. Menstruasiya zamanı uşaqlığın boynu açıq olu ki, bu da infeksiyanın riskini artırır. Menstruasiya qanı da infeksiyanın çoxalması üçün əlverişli şərait yaradır.

2. Saçları boyamaq. Menstruasiya zamanı qadın orqanizmində hormonal fon kəskin dəyişilir ki, bu da gözlənilməz nəticəyə səbəb ola bilər.

3. Dişləri müalicə etmək və çəkdirmək. Menstruasiya zamanı qadında hormonal fon, qanın laxtalanması və qanın tərkibi dəyişilir. Bu səbəbdən qanaxmanın və digər fəsadların riski artır, anesteziyanın təsiri dəyişilir və s.

4. Planlı cərrahi əməliyyatları həyata keçirmək. Əməliyyat təcili deyilsə, menstruasiya zamanı cərrahi əməliyyatları həyata keçirmək olmaz ki, bu da qanaxmalar və s. fəsadlara səbəb ola bilər.    

5. Duzlu qidaları yemək. Menstruasiyadan əvvəl və menstruasiya zamanı orqanizmdə maye yığılır və bu da şişkinliyə səbəb olur. Duzlu qidalar da mayenin orqanizmdə saxlayır və ödemləri daha da artırır.

6. Bəzi ot dəmləmələri və dərmanları qəbul etmək. Qanı duruldan ot dəmləmələri və dərmanlar (məsələn, aspirin) qanaxmanın daha da artmasına səbəb ola bilər.

7. Plinq, dərinin təmizlənməsi, liftinq və s. kimi kosmetik prosedurları menstruasiya zamanı keçirmək olmaz.   

Etiketler