Həddən artıq çox qarabaşaq (qreçka) yemək xüsusən qadınlarda hormonal disbalansa səbəb ola bilər.
Bakupost xəbər verir ki, bunu həkim terapevt Timur Asanov bildirib.
Mütəxəssis bildirib ki, həftədə 2-3 dəfə qreçka yemək təhlükəsizdir.Lakin 3-4 gün ardıcıl olaraq ancaq qarabaşaq yemək, eləcə də qadınların arıqlamaq üçün qreçka pəhrizinə əməl etməsi orqanizmdə bəzi simptomlar yaradır.
Bu məhsuldan sui-istifadə etmək hormonal sistemi pozur. İnsanda baş ağrısı, allergiya, dırnaqların soyulması, qan qatılaşması baş verə bilər.
Hər gün qarabaşaq yeyənlər əgər bu simptomlar varsa ondan imtina etməli, normal qidalanmaya keçməlidirlər.