Qadınların əksəriyyətinin yaşı 40-ı ötdükdən sonra onların üzündə tüklər əmələ gəlməyə başlayır. Bu tüklər qadınların hormonal sistemində əmələ gələn dəyişikliklər səbəbindən əmələ gəlir.
Hormonal sistemdə baş verən dəyişikliklər tüklərin əmələ gəlməsinə və onların sürətlə böyüməsinə səbəb olur. Tüklərin əmələ gəlməsi qanda estrogenlərin miqdarının düşməsi ilə əlaqədar olur. Tüklər ən çox çənədə və buxaq altında əmələ gəlir və heç də arzuolunan hesab edilmir. Mütəxəssislər bu cür tüklənmənin genetik olduğunu qeyd edirlər. Yəni əgər anada belə tüklnmə varsa onun qızında da olacaq.
Bəs bu tüklərdən necə xilas olmaq olar?
Mütəxəssislər çənədə və çənə altında olan tüklərlə ehtiyatlı davranmağı məsləhət bilir. Çünki, bu hissədə hormonlar səbəbli tükləri çıxardıqda tük soğanaqları qıcıqlanır və tüklənmə daha da artır.
Çənə və çənə altında tüklər
Çənənizdə və çənəaltı bölgənizdə hormonlar səbəbli əmələ gələn tükləri çıxarmazdan əvvə üzü isti su il yumaq lazımdır. Bu zaman follikullar genişlənir və tükləri çıxararkən ağrı hissi azalır.
Hər dəfə tükü çıxartdıqdan sonra isə pinseti isti su ilə yumaq və ya spirtlə silmək lazımdır. Əgər həmin nahiyədə əmələ gələn tüklərin rəngi ağarmışsa o zaman qaydası ilə tüklri çıxardıqca çənənin altında yeni tüklər əmələ gəlmir. Çənədə bitən tüklərin çıxarılması isə tük soğanaqlarının qıcıqlanmasına və tüklərin sayının artmasına səbəb olur.
Burun daxilində tüklər
Burunun daxilində tüklərin əmələ gəlməsi burun boşluğundan havanın filtirsiyasını pozur. Bu hissə bakteriyalarla zəngin olduğu üçün burun boşluğunda əmələ gələn tüklərin alınması məqsədəuyğun sayılmır. Çünki, tükün çıxarıldığı nahiyəyə bakteriya və ya mikrobun düşməsi ağırlaşmalara səbəb ola bilir. Bəzən burundan tük çıxarmaq ölümə səbəb ola bilir.
Xalların üstündə olan tüklər
Mütəxəssislər xalların üstündə olan tüklərin çıxarılmasının xalın bədxassəli şişə çevrilməsinə səbəb ola biləcəyini qeyd edirlər. Bu səbəbdən də xalların üstündə əmələ gələn tükləri çıxarmaq olmaz. /Milli.Az