Soyuqdəymə, virus xəstəlikləri və qızdırma zamanı tünd, qara isti çay içmək ciddi səhvdir və orqanizmə ziyandır.
Bunu dietoloq həkim Marqarita Korolyeva bildirib.
Xəstəliyin aktiv dövründə çox maye qəbul etmək lazımdır. Amma bu qaynar çay yox, otaq hərarətində ilıq su, içinə limon və zəncəfil atılmış az isti isti su, eləcə də itburnu dəmləməsi içə bilərsiz.
İsti, qaynar çayın qəbulu bədənin daxilində yüksək hərarətin artmasına səbəb olur. Çayın tərkibindəki maddə isə damarlara spaz verir, ürək ritmini artırır.
“Qızdırma zamanı onsuz da ürək ritmi artır, digər tərəfdən çay, kofe ürəyə pis təsir edəcək”./medicina.az