Qırmızı ətdən çox istifadə etmək beyin, ürək problemləri yaradır.
Bakupost.az xəbər verir ki, dietoloq Andrey Bobrovkskiy yaş artdıqca qırmızı ətdən istifadəni azaltmağın vacibliyini açıqlayıb.
«Bu ət növündə olan çox miqdarda pis yağlar, piylər ürək-damarları tıxayır, mənfi xolesterini artırır. İnsan gün ərzində 100-150 qram ət yeməlidir. Lakin 50 yaşı keçdikdən sonra qırmızı ətin həftəlik miqdarını azaltmaq lazımdır.60 yaşdan yuxarı isə ümumiyyətlə bu əti toyuq, quzu, balıqla əvəz etmək lazımdır.
Yağlar ateroskleroza səbəb olur, bağırsaqda ətin həzmi toksiki təsir edir, bu da onkoloji xəstəliklərə təkan verir.
İnsanın qidasında nə qədər qırmızı ət çoxdursa, onun ömrü bir o qədər qısa olur.
Heyvani zülaldan tamam imtina etmək də lazım deyil, toyuq, quzu, balıq — həftədə 2 dəfə yeyə bilərsiz».