Səhərlər yağ-çörək mədəaltı vəzin düşmənidir

Səhərlər yağ-çörək mədəaltı vəzin düşmənidir

Yazar Yorum Yap 410 views

Alimlər illərlə spirtli içkinin və şirin qidalar, şəkərin mədəaltı vəz hüceyrələrini məhv edib, pankreatit, şəkərli diabet yaratdığını deyirdi. Lakin indi bu orqanın düşməni yağ elan olunub.

Bakupost. az xəbər verir ki, xüsusən insanların səhər yeməyində adət etdiyi çörəyə kərə yağını bol çəkib yemək mədəaltı vəzi sıradan çıxara bilər.

Səhərlər çörək, üstündə yağ, üstündə yağlı pendir kimi qidaların birgə qəbulu mədəaltı vəzi yükləyir, damarların aterosklerozunu sürətləndirir.
Çünki bu cütlükdə xolesterin və triqliseridlər çoxdur.

Bunu tibb elmləri namizədi, qasntoenteroloq Sergey Vyalov bildirib.

Müntəzəm olaraq yağ qəbul edənlərdə qaraciyər və mədəaltı vəz sıradan çıxır.

Xüsusən yağlı qidaları alkoqolla qəbul edəmlərdə.

«Yağlı qida qəbulu zamanı öd şirəsi mədəaltı vəz axarlarına sıçrayır. O vaxtından əvvəl ferment hasilinə başlayır, nəticədə özü öz vəzisini həll etməyə başlayır».

Etiketler