Səhər yeməyinə mütəmadi olaraq qızardılmış yumurta və kolbasa qəbulu mədəaltı vəzinin xərçəngi riskini yüksək dərəcədə artırır.
Azdoktor.az medicina.az-a istinadən bildirir ki, bununla yanaşı artıq çəkinin meydana gəlməsi ehtimalı da böyükdür.
İsveçli alimlərə görə, qızardılmış yumurtanın 100 qramı belə onkoloji xəstəliyin inkişafı riskini 40 faiz artırır.
Tibb mütəxəssisləri alternativ kimi səhərlər qaynadılmış yumurta və toyuğun döş əti ilə qidalanmağı tövsiyə edirlər.