Piyada gəzməyin insan ömrünün uzatmasında rolu

Piyada gəzməyin insan ömrünün uzatmasında rolu

Yazar Yorum Yap 1 views

Gündəlik uzun müddətli gəzişmələr ömrü uzatmağın asan yolu ola bilər. Belə bir nəticəyə Amerika Ürək Assosiasiyasının mütəxəssisləri gəlib.

Tədqiqatçılar 60 yaşdan yuxarı olan 16.732 qadının orqanizminə 10 dəqiqə və ya daha uzun müddət davamlı gəzintinin təsirini qiymətləndirib. Eyni zamanda pilləkənlərə qalxmaq və ya ev işləri kimi gündəlik fəaliyyətlər qiymətlədirilib.

Addımların sayı fitness tətbiqləri və xüsusi sayğaclardan istifadə etməklə müəyyən edilmişdir.

Altı il ərzində, 2019-cu ilin dekabrın 31-ə dək alimlər könüllülər arasında ölüm hallarını izləyib. Bütün müşahidə müddətində 804 ölüm qeydə alınıb.

Qısa fiziki fəaliyyət zamanı daha çox addım atan tədqiqat iştirakçıları, fasiləsiz gəzinti zamanı neçə addım atdıqlarına baxmayaraq daha uzun ömür sürüb. Bununla belə, bu təsir, 4500 addım ilə eyni qalıb.

Gündəlik gəzintiyə çıxmayanlarla müqayisədə, ölüm, hər əlavə min addımda 28% azalırdı. Gün ərzində davamlı gəzinti zamanı 2000-dən çox addım atanlarda isə ölüm səviyyəsi 32% azalırdı.

Etiketler