Sağlam arıqlamaq üçün nə etmək lazımdır?

Sağlam arıqlamaq üçün nə etmək lazımdır?

Yazar Yorum Yap 0 views

Emosional aclıq zaman-zaman hamının yaşadığı problemdir. Çox vaxt fiziki aclıq hiss etməsəniz də duyğularınızda yaranan bəzi boşluqları yeməklə doldurmaq ehtiyacı hiss edirsiniz. Xüsusilə stres, narahatlıq və ya depressiyada olarkən yemək istəyimiz daha da artır. Belə ki, qanda stress hormonu — kortizolun səviyyəsi yüksəlir, bu da xoşbəxtlik hormonu — serotoninin ifrazını azaldır. Karbohidratlı qidalar qəbul etmək isə bu hormonu artırdığı üçün orqanizm şirniyyat və ya digər un məmulatları qəbul etmək ehtiyacı hiss edir.

Axşam.az xəbər verir ki, çəki atmaq psixologiyaya təsir etdiyi kimi, psixologiya özü də artıq çəkidən qurtulmağa təsir edə bilər. Bu səbəbdən pəhrizə başlamazdan əvvəl buna hazır olmalısınız.

Bəs sağlam formada çəki atmaq üçün nə etmək lazımdır?

1. Şüuraltı motivasiya

Şüuraltına ötürdüyünüz mesajlar zamanla şüura, yəni davranışlarınızda əks olunur. Düzgün mesaj isə yemək vərdişinizi də dəyişə bilər. Gün ərzində özünüzü həvəsləndirin. Məsələn, «Sən bunu edə bilərsən», «Bu yeməyi yeməməyə iradən var» kimi sözlərlə motivasiyanızı artıra bilərsiniz. Bu təklifləri gün ərzində 2-3 dəfə təkrar edin. Zamanla müsbət dəyişikliklər əldə edəcəksiniz.

2. Gəzinti və ya idman

Gəzinti və idman endorfin adlanan xoşbəxtlik hormonunun ifrazını artırır. Stresli olduğunuz zaman yemək əvəzinə qısa bir gəzintiyə çıxın. Araşdırmalar göstərir ki, həftədə 3 gün 30 dəqiqə gəzinti insanı depressiyadan qoruyur. Əgər bunu etmək istəmirsinizsə, musiqi qoşub evdə rəqs belə edə bilərsiniz.

3. Nəfəs məşqləri 

Dostlarla məclisdə əyləşdiyiniz zaman israrla sizə yemək təklif olunur və ya soyuducunun qarşısında özünüzlə mübarizə aparırsınızsa, nəfəs məşqləri edin. Dərin nəfəs alıb yavaş-yavaş verin və bunu bir neçə dəfə təkrarlayın. Yeməyi yedikdən sonra necə hiss edəcəyinizi təsəvvür edin.

4. Kalorisi aşağı olan pəhrizlərdən uzaq durun

Pəhriz saxlamaq dedikdə insanların ağlına az və kalorisiz yemək gəlir. «İnanılmaz» nəticələr vəd edən, ac qalmağa vadar edən pəhrizlər tam əksi insanı daha çox yeməyə təşviq edir.

Etiketler