Alimlər dəqiq müəyyən edib ki, mobil telefonlar radiotezlik enerjisi adlanan (RT) aşağı səviyyəli elektromaqnit şüalanma generasiya edir.
Bu barədə «Detaly» nəşri yazıb.
Hələlik elmi dairələrdə bunun sağlamlıq üçün təhlükəli olduğu barədə vahid fikir olmasa da, milyonlarla insan daima yanımızda olan, gecələr başımızdan bir neçə sm aralıda yüklənməyə qoyduğumuz mobil telefondan mümkün risklərdən narahatdır.
Çoxları düşünür ki, şüalanma onlara gecələr yaxşı yatmağa mane olur. Belələri üçün İsrailin yuxular texnologiyaları üzrə ixtisaslaşan Elvy.ai startapı Elvy Night Charger telefon üçün naqilsiz yükləmə qurğusu işləyib hazırlayıb və bu qurğu elektromaqnit şüalanmanın 95 faizini bloklayır. Bu zaman telefonun bütün funksiyaları işlək olur.
«216 milyon amerikalı hər gecə mobil telefonlarını əlçatan yerlərdə yüklənməyə qoyaraq yatır. Bu, pis yuxunun əsas səbəblərindən biridir», — bunu Elvy.ai -ın baş direktoru və həmtəsisiçisi Oded Broşi «NoCamels» nəşrinə müsahibəsində deyib.
Onun komandası şüaların insana çatmamasına imkan verən yükləmə qurğusu işləyib hazırlayıb, bu zaman telefonu əhatə dairəsi saxlanılır və rabitəyə zərər vurmur.
Bəziləri iddia edir ki, telefonlar təhlükəlidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq xərçəngi öyrənən agentlik (IARC) 2011-ci ildən radiotezlikli elektromaqnit sahəsini «insan üçün mümkün kanserogen amillər» kimi təsnif edir (mobil telefonlardan istifadə ilə bağlı olan baş beynin bədxassəli şişi olan qliomanın riskini artıran 2B) qrupu).
Digərləri iddia edir ki, telefonlar təhlükə törətmir: FDA (ABŞ qida məhsulları və dərman preparatlarının keyfiyyətinə nəzarət Agentliyi) rəhbərliyinin 2020-ci il tarixli Rəhbəredici vəsaitində deyilir: «Elmi məlumatlar mobil telefondan istifadə zamanı radiotezlik enerjisinin təsirinin sağlamlıqla bağlı hər hansı problemləri əlaqələndirmir».
Təşkilatlardan heç biri Elvy.ai komandasını narahat edən yuxu pozuntusu problemləri ilə məşğul olmur.
Startap mütəxəssisləri iddia edir ki, mobil telefonlar üçün get-gedə populyarlaşan naqilsiz yükləmə qurğuları elektrik naqilli standart yükləmə qurğularından 4 dəfə çox elektromaqnit şüalanma verir.
«Alfa-tezlik dalğaları biz yatmağa hazırlaşarkən meydana çıxan beyin dalğalarıdır, — Broşi deyir. — Elektromaqnit şüalanma isə yuxu tsikləri zamanı meydana çıxan alfa-dalğalara mane olur». Onun sözlərinə görə, nəticədə yuxu çətinləşir və səhərlər biz özümüzü yorğun hiss edirik.
Davranış analitikası üzrə mütəxəssis, startapın həmtəsisçisi Or Xarel deyir ki, onların qoruyucu ekranının yuxunun keyfiyyətinə təsirini obyektiv olaraq ölçmək üçün hələlik kliniki sınaqlar keçirməyib.
Lakin bunu sınayan könüllülərin rəyləri müsbətdir: «Onlar daha yaxşı yatır və həmişə də məndən soruşurlar ki, bizim yüklənmə qurğumuzu özlərində saxlaya bilərlərmi».
Elvy.ai deyir ki, onların ixtirası ilə yeddi investor maraqlanıb və bu yaxınlarda Arieli Capital və The Bridhe Healing center-nin rəhbərliyi altında investisiyalarla maliyyələşmə raundunu bitirib.
Yüklənmə qurğusu gələn aydan satışa buraxılacaq, gözlənilən qiyməti 60 dollardır.
Broşinin sözlərinə görə, bu, iri brendin yüklənmə qurğusundan çox deyil, ona görə də «hətta onun yuxu üçün faydasına əmin olmasanız belə, heç nə itirməyəcəksiniz», — o, belə deyib.
modern.az