Bədəni təmizləyən — XİYAR PƏHRİZİ

Bədəni təmizləyən — XİYAR PƏHRİZİ

Yazar Yorum Yap 11 views

Yaşıl xiyar — vitamin deposudur. Dəri, saç və dırnaqlar üçün də xeyirlidir. Dərinizə xiyar dilimi sürtsəniz dəriniz nəmlənəcək və ağaracaq.

Xiyarın vitamin deposu olduğu, dəri, saç və dırnaqlar üçün faydalarından xəbərdarıq. Lakin məlum olub ki, xiyar həm də xərçəng xəstəliyinin profilaktikasında xeyirlidir.

Day.Az medicina.az-a istinadən xəbər verir ki, araşdırmalara görə, buna səbəb xiyarın turşuluğu normallaşdırmaq xüsusiyyətinə malik olmasıdır. Onun sıxılmış şirəsində tartron turşusu var və bu turşunun sayəsində karbohidratların yağa çevrilməsi ləngiyir.

Orqanizmin təmizlənməsində bu tərəvəzdən istifadə etmək əbəs yerə deyil. Çünki bu şirə təbii sorbentdir.

Sorbent — elə bir maddədir ki, bədəndən bütün toksinləri çıxarır və bağırsaqlar yaxşı işləməyə başlayır. Tərkibində isə B, C qrupu, mis, fosfor və kalsium var.

Xiyarlı pəhriz — xalq arasında ən populyar pəhriz növlərindən biridir. Xiyarın 95%-i strukturlu sudan ibarətdir, 1 kq-da sadəcə 150 kalori var. Bu tərəvəzin tərkibindəki suyun sayəsində mədənin divarları dartılır və toxluq hissi yaranır. Bu pəhriz 7 gün saxlanılır. Gün ərzində hər gün 1 kq xiyar yeyilməyi məqsədəuyğundur. Səhər tezdən 1 stəkan su içib, yarım saat sonra isə səhər yeməyinə başlamalısınız. Səhər kaşa və ya qaynadılmış yumurta, üzərinə yağ çəkilmiş çörək dilimi və 1 dilim yağsız pendir və ya 1 pors xama yeyə bilərsiniz. Kofe və ya bal ilə çay içmək olar. Sizin səhər yeməyiniz 200 kalori təşkil etməlidir. Xiyar və tərəvəzdən ibarət salat hazırlayaraq gün ərzində 3 dəfə 1 dilim kəpəkli çörək ilə yeyə bilərsiniz.

Qeyd edək ki, salatın əsas hissəsini 1 kq xiyar təşkil etməlidir. Duz vurulmağı məsləhət görülmür. Şam yeməyinə meyvə yeyə bilərsiniz. Gün ərzində su, çay, kofe içə bilərsiniz, amma şəkərsiz olaraq içmək məsləhətdir. Bu pəhriz aşağı kalorili pəhrizdir,buna görə də 7 gündən artıq saxlamaq olmaz. Həm də orqanizmin belə ümümi təmizlənməsini ildə 1 dəfə xiyar tərəvəzi mövsümündə etmək məqsədəuyğundur.

Bunu vurğulayaq ki, bu pəhrizdən mədə və onikibarmaq bağırsağın yazva xəstəliyi, qastrit və yüksək mədə turşuluğu olan xəstələr istifadə edə bilməz.

Etiketler