Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?

Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?

Yazar Yorum Yap 7 views

Ətraflarda ödem, şişkinlik ürək və ya böyrəklərdəki gizli problemin əlaməti ola bilər.

Azdoktor.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt, tibb elmləri namizədi Olqa Poltorskaya bildirib.

«Yay fəslində belə şişkinliklər olur, eləcə də pis qidalanma, su mübadiləsi pozulması, varikoz və oturaq həyat tərzində də ayaqlar şişir.

Əgər bu şişkinlik çoxdursa, ayaqqabıya sığışmırsa, xəmir kimi sanki köpübsə və əl ilə basanda çökək əmələ gəlib yenidən qalxırsa, bu zaman həkimə getmək lazımdır.

Əgər ayaq şişib və güclü ağrıyırsa, assimmetrikdirsə, göyərmiş rəng alıbsa, bir ayaq sağlam, o biri şişkin görünürsə, bu kəskin trombozun əlamətidir, təcili tibbi müdaxilə vacibdir.

Xroniki venoz çatışmazlığı, xroniki böyrək və ürək xəstəlikləri, ürəyin işemik xəstəliklərində şişkinlik olur. Bu zaman əsas xəstəlik müalicə olunmalıdır.

Böyrəklərin xroniki nefrotik sindromunda şişkinlik üzdə, boyunda, göz altında olur, nadir halda əl-ayaqlar şişir.

Ayaq-əl şişkinliyini ev şəraitində aradan qaldırmağa çalışmayın. Çünki bu əsas xəstəliyi maskalayır.

Ayaqları şişənlər su qəbulunu tənzimləməli, duzu azaltmalı, rahat, ortopedik ayaqqabı seçməli, uzun müddət oturmamalı, arada gəzməlidir.

Əgər bunları etdikdə, ödem çəkilmirsə, ürək və böyrəklər yoxlanmalıdır».

Etiketler