Ürək-damar xəstəlikləri riskini azaldan 10 qida

Ürək-damar xəstəlikləri riskini azaldan 10 qida

Yazar Yorum Yap 25 views

Ürək-damar xəstəlikləri ölüm hallarının sayına görə ilk sıralarda yer alır. Buna görə tamamilə sağlam və gənc olsanız belə, bunun qarşısını almağa çalışmalısınız. Mütəmadi olaraq həkim müayinəsindən keçməklə yanaşı, pəhrizinizə diqqət yetirməlisiniz.

Axşam.az qan damarlarını gücləndirən, təmizləyən, ürək üçün faydalı olan 10 qidanı təqdim edir.

Avokado

Avokado xolesterol səviyyəni normada saxlayaraq ürək çatışmazlığı riskini azaldır. Bundan əlavə, bu meyvənin tərkibində çoxlu kalium var. Bu da damarların kalsifikasiyası və ürək-damar sisteminin digər xəstəliklərinin qarşısını alır.

Yağlı balıq

Bütün yağlar ürək üçün zərərli deyil. İki növ yağ turşusu var: doymuş (pis) və doymamış (yaxşı). Birincisi, ürək üçün ciddi təhlükə yaradır, çünki onların tərkibində aşağı sıxlıqlı lipoproteinlər (“xolesterol”) var ki, damarlarda toplanaraq qan axınına mane olur. Doymamış yağlar isə bədən üçün vacibdir. Yağlı balıq bütün lazımi yağ turşularını, zülalları və qan damarlarını təmizləyən, divarlarını gücləndirən və ürək problemləri riskini əhəmiyyətli dərəcədə azaldan bir çox faydalı mikroelementləri ehtiva edir.

Qoz-fındıq

Bu çərəzlər faydalı yağ turşuları, bitki zülalları, E vitamini və maqneziumla zəngindir. Bu da damarlarda xolesterinin yığılmasının qarşısını alır.

Zeytun yağı

Zeytun yağı doymamış yağlar sırasında yer alsa da, sağlamlıq üçün ən vacib komponentləri özündə ehtiva edir. Tərkibindəki mono doymamış olein turşusu ürəyi qoruyur, onu xəstəliklərdən qoruyur, insult riskini əhəmiyyətli dərəcədə azaldır.

Kofein

Kofein qan damarlarının divarlarını zədələnmədən və çirklənmədən qoruyur, həmçinin aterosklerozun inkişafının və damarların tıxanmasının qarşısını alır. Qəhvə həvəskarı deyilsinizsə, yaşıl çaydan da istifadə edə bilərsiniz. Çünki onun tərkibində də kofein var. Lakin kofeindən çox istifadə tövsiyə olunmur, buna görə də gündə iki fincandan çox çay və ya qəhvə içməməlisiniz.

Sarıkök

Bu ədviyyat qan damarlarının divarlarının zədələnmə riskini əhəmiyyətli dərəcədə azaldan güclü antiinflamatuar birləşmələri ilə zəngindir. Antioksidantla zəngin ədviyyat damarlarda yağ lövhələrinin yaranması ehtimalını 25% azaldır.

Nar

Bu meyvə tıxanmış damarları təmizləyir və qan axınını yaxşılaşdırır. Qırmızı meyvələrdə qanda azot oksidinin istehsalını stimullaşdıran sərbəst radikallarla mübarizə aparan yüksək miqdarda antioksidant var.

Sitrus meyvələri

Bu meyvələrin tərkibindəki C vitamini ürək-damar xəstəlikləri riskini azaldır, tərkibindəki flavonoidlər damar divarlarını qorumağa kömək edir. Səhər limon və portağal suyu içmək də sağlamlıq üçün faydalıdır.

Tam taxıl

Tərkibindəki lif qanda xolesterinin səviyyəsini normaya salır, ürəyi müxtəlif xəstəliklərdən qoruyur. Son tədqiqatlar da göstərdi ki, tam taxılla zəngin pəhriz damar divarlarının qalınlaşmasının qarşısını alır. Arteriyalar qanı bütün həyati orqanlara çatdırmaqdan məsuldur. Onların divarlarının qalınlaşması ateroskleroz və ürək-damar xəstəlikləri riskinə, döyüntülərə səbəb olur.

Brokoli

Liflərlə zəngin brokoli, gül kələmi və kələm damarların tıxanmasının qarşısını alır və ürək-damar xəstəlikləri riskini azaldır.

Etiketler