Sarımsaq udmaq bu xəstəliyə səbəb ola bilər — DİQQƏT

Sarımsaq udmaq bu xəstəliyə səbəb ola bilər — DİQQƏT

Yazar Yorum Yap 22 views

Sarımsağın orqanizmə faydaları saymaqla bitmir.

Metbuat.az xəbər verir ki, sarımsaq yeməklərə dad verməklə yanaşı, saçların güclənməsindən, ürək-damar xəstəliklərinə qədər bir çox problemin aradan qaldırılmasında fayda mənbəyidir.

Bir stəkan su ilə udacağınız bir kiçik diş sarımsaq sağlamlıq üçün faydalıdır. Sarımsaq udmaq insanlara yüksək enerji verir və gün boyu şən, gümrah qalmalarına kömək olur.

Cinsi gücü artırdığı üçün xüsusilə, gücsüzlük problemi yaşayan insanların problemlərinə dərmandır.

Sarımsaq həmçinin bağırsaqlarda qurdları öldürür, orqanizmə güclü xərçəng əleyhinə təsir edir.

Sarımsaq udmaq insanlarda ağciyər bronxlarının açılmasına kömək edir. Açılan bronxlar sayəsində daha rahat nəfəs almaq mümkündür.

Sarımsaq faydaları ilə yanaşı həddindən artıq istifadə edildiyi halda mədə problemlərinə səbəb ola bilər. Çox sarımsaq udulması halında mədədə və ya qida borusunda qıcıqlanma, yanma kimi hisslər meydana gələ bilər. Bu üsuldan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməkdə fayda var. Əmizdirən analara,  hamilə qadınlara, mədə-bağırsaq sistemində ciddi xəstəliklər olan insanlara sarımsaq udmaq məsləhət görülmür.

Etiketler