Üzüm ən faydalı meyvələrdən biridir. Lakin mütəxəssislərin fikrinə görə, üzüm çəyirdəkləri üzümün özündan daha faydalıdır.
Alimlər sübut edib ki, üzümün tərkibində olan faydalı maddələrin 80%-i məhz onun çəyirdəklərindədir.
Saglamolun.az bildirir ki, üzüm çəyirdəkləri tibdə və kosmetologiyada çox qiymətli müalicəvi məhsul sayılır. Üzüm çəyirdəklərdən yağ, müxtəlif müalicəvi ekstraktlar hazırlanır.
Üzüm çəyirdəyi E vitamini ilə olduqca zəngindir. Bu vitamin ən güclü antioksidantlardan biridir. Antioksidantlar insan orqanizmini müxtəlif ziyanlı təsirlərdən qoruyur. E vitamini üzüm çəyirdəyi yağında zeytun yağı ilə müqayisədə 10 dəfə çoxdur.
Üzüm çəyirdəyinin tərkibində olan Omeqa-6 yağlı turşular damarları aterosklerozdan qoruyur. Nəzərinizə çatdıraq ki, ateroskleroz infarkt və insultun əsas səbəbidir.
Üzüm çəyirdəyinin tərkibində olan unikal resveratrol maddəsi ürəyi və damarları qoruyur.
Üzüm çəyirdəyinin digər faydaları arasında:
— bağırsaqları mexaniki olaraq təmizləyir
— şiş xəstəliklərinin riskini azaldır
— qurd əleyhinə təsirə malikdir.
Üzüm çəyirdəklərindən fayda almaq üçün üzüm yedikdə çəyirdəkləri atmayın. Onları yığın, qurudun və sonra üyüdüb toz şəklində su ilə qəbul edin.