Yumşaq döşəyin osteoxondroza səbəb olduğunu bilirdinizmi? — FOTO

Yumşaq döşəyin osteoxondroza səbəb olduğunu bilirdinizmi? — FOTO

Yazar Yorum Yap 27 views

Onurğa sütununda baş verən ağrılardan son zamanda demək olar ki, insanların əksəriyyəti şikayət edir.

Bunun baş vermə səbəbləri isə müxtəlifdir. Amma onurğada ağrıların baş verməsinin əsas səbəb kimi ostexondroz birinci yerdə durur. Osteoxondroz orqanizmin qocalması ilə bağlı olan təbii prosesdir. Lakin son zamanlar osteoxondrozun ağır formaları və fəsadları hətta çox cavan insanlarda görmək olur. Bunun da bir çox səbəbləri var: azhərəkətli həyat tərzi, düzgün olmayan qidalanma və s.

Osteoxondroz onurğanın diskləri arasında olan qığırdaq toxumanın elastikliyini və keyfiyyətini itirməsi səbəbindən baş verir. Bu ən çox onurğa sütununun müxtəlif səbəblər üzündən düzgün duruşa malik olamasında irəli gəlir. Onurğanın əyri duruşuna müxtəlif xəstəliklər səbəb ola bilir (skolioz, travmalaar və s.).

Milli.az bildirir ki, onurğanın əyri durmasının səbəblərindən biri də yumşaq döşəklərdir. Yundan hazırlanmış yumşaq və hündür döşəklər onurğanın əyilməsinin əsas səbələrindən biri sayılır. Belə döşəklərdə yatarkən insan düz duruşa sahib ola bilmir və bir müddət sonra onurğanın disklərində sürüşmələr meydana çıxır. Bu səbədən də ortopedlər cavan insanlara yaxşı amortizasiyaya sahib olan bərk və düz yataqda yatmağı məsləhət bilir. Yaşlı insanlar (55+) isə daha yumşaq döşəkləri seçməlidir. 

Osteoxondroza səbəb olan amillərdən biri də uzun müddət çiyində ağır çanta daşımaqdır. Onurğaya fiziki yükün təsir etməsi onurğada fəqərələrin əyilməsinə və disklərarası qığırdaq toxumanın keyfiyyətinin və davamlılığının azalmasına səbəb olur. Bu zaman da osteoxondroz inkişaf etməyə başlayr.

Ostexondroz qan damarları və sinirlərin sıxılmasına səbəb olur. Onurğalararası qan damarlarının sıxılması damarın qidalandırdığı nahiyənin də yetərincə qidalanmamasına, sinirlərin sıxalması isə ağrılara, hərəkətliliyin pozulmasına, ətrafın keyiməsinə, hətta iflicə səbəb olur.

Xəstəliyin müalicəsi vaxtında olunmadıqda isə aşağıdakı patologiyalar meydana çıxır:
— protruziya
— diskin yırtığı
— radikulit.

Etiketler