Yemək zamanı su içmək zərərlidirmi? – AÇIQLAMA

Yemək zamanı su içmək zərərlidirmi? – AÇIQLAMA

Yazar Yorum Yap 28 views

Yemək zamanı adi bir stəkan su içmək həqiqətənmi həzm üçün zərərlidir, yoxsa bu növbəti bir yalandır?
Medicina.az bu məsələni araşdırıb. Suyun həzmə təsirini bilmək üçün ilk növbədə normal həzm prosesinin necə olmasınıaydınlaşdırmaq lazımdır.
— Həzm birinci olaraq ağızdan başlayır. Qidanı dişlərlə tam, 1-2dəqiqə çeynəyib, tüpürcək vəzilərini aktivləşdirmək lazımdır.
— Çünki ağız suyunda lazımi fermentlər hasil olmalıdır.
— Mədəyə düşdükdə, qida kütlələri mədənin öz turş şirəsi ilə qarışır. Yeməklər parçalanaraq, sıyıq formasına düşür
— Nazik bağırsaqda bu duru kütlə mədəaltı vəzin fermentləri və ödlə qarışır, bir daha şirələnir.
— Burda yeməkdə olan qidalı maddələr ayrılır və qana keçir
— Yoğun bağırsağa keçdikdən sonra da qalan maddələr, vitaminlər və s. qana keçir və hüceyrələr daşınır.
— Həzm prosesi o zaman bitir ki, həmin qida qəbulunun son nəticəsi olan qalıq tullantı nəcis formasında düz bağırsaqdan xaric olsun.
— İnsanın nə qəbul etməsindən asılı olaraq, bu proses 24-72 saat çəkə bilir.
Yoğun bağırsağın normal işləməsi üçün su, maye lazımdır. Lakin bu mayeni gün ərzində yeməkdən kənar almaq lazımdır.
Amma yemək zamanı qazlı su, rəngli su, alkoqol, araq, turş su tüpürcək vəzilərinin suyuna və mədə şirəsinə neqativ təsir göstərib, onun tərkibini, miqdarını pozur.
Bu da qidanın normal həzminə və faydalı olmasına mane olur.
Alkoqol və qazlı içkilər ağız suyu ifrazını 15% azaldır. Bura pivə, şərab da daxildir.
Lakin suyun yemək zamanı içilməsinin həzmə zərərli olması barədə dəqiq elmi məlumat və sübutlar yoxdur.

Etiketler