Lesitin – yağabənzər, fosfolipidlər, triqliseridlər, yağ turşularından ibarət maddədir.
O, damarlarda pis xolesterini azaldır, insult, infarktın qarşısını alır, beynin fəaliyyətinə lazımdır, qaraciyərin əsas köməkçi maddəsidir.
Medicina.az xəbər verir ki, rusiyalı həkim, tibb elmləri namizədi Yuliya Çexonina lesitinlə zəngin qidaların ürək, beyin işinə müsbət təsir etdiyini, qaraciyəri gücləndirdiyini və əhvalı qaldırdığını bildirib.
Lesitin sağlam uzun ömür simvoludur.
Alsgeymer, Parkinson, demensiya, beyin, onurğa problemlərinin profilaktikası üçün lesitin lazımdır.
İnsan orqanizmində lesitindən digər faydalı maddə xolin sintez olunur. Bu da sinir impulslarının beyindən bütün bədənə ötürülməsi üçün vasitədir.
Xolindən insanın düşünmə tezliyi, beyin aktivliyinin dərəcəsi asılıdır.
Lesitin qaraciyər piylənməsi, hepatoza qarşı mütləq lesitin lazımdır.
Lesitin daha çox toyuqda, mal qaraciyərində, dəniz, okean balıqlarında olur.
“Hər gün lesitin və xolin normasını almaq üçün bir ədəd kənd yumurtası yemək olar.
Lesitin soyada, noxudda, paxlalılarda da olur”.
Lesitin çatışmazlığında və müalicə üçün hazır lesitin preparatları da var.
Onları həkim təyin etməlidir.