Körpəyə yuxu dərmanı verən valideynlərə XƏBƏRDARLIQ: Bunu etsəniz…

Körpəyə yuxu dərmanı verən valideynlərə XƏBƏRDARLIQ: Bunu etsəniz…

Yazar Yorum Yap 70 views

Bir çox azyaşlı uşaqlarda yuxu pozuntusu hallarına tez-tez rast gəlinir. Gecə yuxusu uşaqlar üçün xüsusilə əhəmiyyətlidir və böyümə hormonlarının ifrazı məhz gecə saatlarında daha çox baş verir.Təbii ki, uşaqların gecələr oyaq qalması valideynlər üçün də xüsusi çətinliklər yaradır.

Bəs görəsən, niyə körpələr gecə ilə gündüzü səhv salır? Bu problemlərin yaranma səbəbi nədir? Bu cür hallarda dərman preparatlarının qəbulu düzgündürmü?

Mövzu ilə bağlı «Sonxeber.az«ın suallarını pediatr Qoşqar İsmayılov cavablandırıb.

O bildirib ki, uşaqlar arasında yuxu problemi daha da artıb, valideynlər isə çıxış yolunu yuxu dərmanlarından istifadə etməkdə görürlər:

«Təbii ki, bu proses həkim nəzarəti altında həyata keçirilməlidir. Valideynin özbaşına aptekdən dərman almasının əleyhinəyəm. Aptekdə isə bəzən qeyri-peşəkarlıqdan yuxu dərmanı belə deyil, antihistaminik dediyimiz alergiya əleyhinə, yan təsiri yuxugətirici xüsusiyyəti olan dərmanlar verirlər. Düzdür, müəyyən qədər kömək olur, amma bunun yan təsirləri və əks göstəriciləri var. Yaxşı olar ki, uşaqda yuxu problemi varsa, valideynlər mütləq şəkildə həkimə müraciət etsinlər.»

Bəs yuxu problemi nə ilə bağlıdır?

Həkim bildirib ki, ilk öncə yuxu probleminin səbəbi araşdırılmalıdır:

«Əgər problem sinir mənşəlidirsə, deməli, beyni qidalandıran bir qrup vitaminlər çatmır. Ola bilsin ki, melatonin sintezinin pozuntusudur.

Yuxu bir bioloji ritmlə çalışır. Uşaq, vaxtında yatmayanda, vaxtında oyanmayanda bioloji ritm və melatonin sintezi pozulur. Qanda melatonin hormonunun ifrazı azaldıqda isə yuxusuzluq başlayır. Belə olan hallarda həkim mütləq şəkildə həm fiziki, həm də laborator müayinələr etməlidir.

Nəticə olaraq, həkim diaqnozu təstiqlədikdən sonra müəyyən yuxugətirici dərmanlar istifadə eləmək olar. Bəzən isə valideyni düzgün istiqamətləndirməklə yuxu rejimini normallaşdırmaq olar».

Etiketler