Əllərində qırışlar olanlar bunları etsin

Əllərində qırışlar olanlar bunları etsin

Yazar Yorum Yap 478 views

Xüsusən soyuq havalarda mütəmadi olaraq su ilə təmasda olan əllərin dərisi yaşa bağlı olmadan qırışmağa, qurumağa və çatlamağa başlayır.

Azmedia.az  əlin səthində yaranan kobud və qırışmış dərini müalicə edə biləcəyiniz üsulları təqdim edir.

Banan maskası

Banan A, B və E vitaminləri, yod, sink, dəmir, kalium və maqnezium kimi minerallarla zəngindir. Bu vitaminlər və minerallar dərini cavanlaşdırmağa və qırışları aradan qaldırmağa kömək edir. Bananı südlə birlikdə əzin və əllərinizə çəkin. Maska tam quruyana yaxın su ilə yuyun. Daha yaxşı nəticələr üçün avokado, bal və bananı birləşdirə bilərsiniz.

Ananas

Ananas tərkibindəki C vitamini sayəsində qırışların aradan qaldırılmasında təsirlidir. O, həmçinin dərini nəmləndirir və gücləndirir. Ananası əzin və əllərinizə çəkin. 20 dəqiqədən sonra soyuq su ilə yuyun və nəmləndirici istifadə edin. Müntəzəm olaraq təkrar etdiyiniz zaman qırışların azaldığını görəcəksiniz.

Zeytun yağı

Zeytun yağı cildi nəmləndirir və qidalandırır. Yatmazdan əvvəl və ya vanna qəbul etməzdən öncə əllərinizi zeytun yağı ilə masaj edin. Yağ dərinin dərinliyinə nüfuz edərək, mövcud qırışları aradan qaldırmağa kömək edəcək və yenilərin yaranmasının qarşısını alacaq.

Etiketler