Alma şirəsi ən populyar və sevilən şirələrdən biridir. Saglamolun.az bildirir ki, dadlı və ətirli alma şirəsi həmçinin çox faydalı, müalicəvi məhsuldur.
Alma şirəsinin faydalı xüsusiyyətləri arasında:
— orqanizmi toksinlər, şlaklar, ağır metalların duzları, sərbəst radikallardan təmizləyir
— orqanizmin tonusunu qaldırır ki, insan özünü daha gümrah hiss edir
— qanda «pis» xolesterinin səviyyəsini aşağı salır
— damarları təmizləyir, möhkəmləndirir, daha elastik edir
— ürəyi möhkəmləndirir
— həzm prosesləri yaxşılaşdırır və sürətləndirir
— arıqlamağa kömək edir
— bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir
— qanazlığı zamanı faydalıdır
— sidik və ödqovucu təsirə malikdir
— sinir sisteminə müsbət təsir edir, stressi azaldır
— soyuqdəymənin profilaktik vasitəsidir.
Nəzərə almaq lazımdır ki, orqanik turşularla zəngin olan alma şirəsi qastrit və xora xəstəliyi zamanı ziyanlıdır.
Gün ərzində 1 stəkan təzə sıxılmış alma şirəsini içmək olar.