Banan yeyərək xoşbəxt olun

Banan yeyərək xoşbəxt olun

Yazar Yorum Yap 13 views

Əgər bananın yalnız meymunlar üçün olduğunu fikirləşirsinizsə, yanılırsız. Bananın orqanizm üçün müsbət cəhətləri saydıqca bitmir.

Axşam.az xarici mətbuata istinadən bananın xeyirlərini təqdim edir:

1. Banan xoşbəxtlik hormonu olan serotonini çoxaldır. Bu da depressiyadan xilas olmağa kömək edir.

2. İdmanla məşğul olmazdan əvvəl iki banan yesəniz gücünüz artar, qandakı şəkərin miqdarı çoxalar.

3. Banan orqanizmi kalsiumla təmin edib, sümükləri bərkidir.

4. Əhvalı yüksəldir və simptomları aradan qaldırır. Əsəb sistemini sakitləşdirir, stresi götürür.

5. Tərkibindəki B: vitamini sayəsində ağ qan hüceyrələrini tənzimləyir.

6. Qida rasionunuza banan daxil etsəniz heç vaxt anemiyadan əziyyət çəkməzsiniz.

7. Banan insult və infarkt riskini azaldır, təzyiqi normada saxlayır.

8. Banan orqanizmdəki bakteriyaları aradan qaldırır.

Etiketler