Yeməklərdə istifadə olunan ədviyyatların müalicəvi xüsusiyyətləri

Yeməklərdə istifadə olunan ədviyyatların müalicəvi xüsusiyyətləri

Yazar Yorum Yap 10 views

Yeməkdə istifadə edilən inqrediyentlər, bişirmə texnikası və souslar onun dadlı alınmasında mühüm rol oynayır. Yeməklərin ləzzətinin bir sirri də ədviyyatlardır.
Yeniavaz.com
 xəbər verir ki, çili bibəri, nanə, qara istiot, kəklikotu, rozmarin, zəncəfil, darçın, sumaq, sarıkök (zərdəçal), dəfnə yarpağı, mixək və s. yeməklərdə ən çox istifadə olunan ədviyyatlardan hesab olunur.
Bu ədviyyatların bəzi özəllikləri ilə tanış olaq:
Çili bibəri — yeməklərə yumşaq acılıq, ləzzət və ətir əlavə edən ədviyyatlardan biridir. Təzə bibərləri əzməzdən əvvəl günəşdə qurutmaqla hazırlanır. Təbii ağrı kəsici olduğu bilinən çili bibəri C vitamini ilə zəngindir.
Nanə — ən çox antioksidant gücünə malik ədviyyatlardan biridir. Stressi aradan qaldıran xüsusiyyətlərə malikdir, həm də ürək bulanmasına kömək edir. Təravətləndirici aroması ilə salatlarda, qəlyanaltılarda, soyuq meyvə şirələrində, şorbalarda istifadə edilir.
Qara istiot — həzmi asanlaşdırır, soyuqdəymə zamanı da istifadə olunur.
Kəklikotu — yeməklərdə duz yerinə kəklikotu istifadə edə bilərik. Kəklikotu tənəffüs yolu xəstəliklərinə yaxşı gəlir. Həzmi asanlaşdıran kəklikotu qan şəkərini də aşağı salır, böyrəklərdə və bağırsaqlarda olan mikrobları öldürür.
Rozmarin — bədəndəki iltihabların sağalmasına kömək edir. Həm də bir çox xroniki xəstəliklərin riskini azaldır. Baş ağrılarını azaltmağa və konsentrasiyanı artırmağa kömək edir. Ürək sağlamlığı üçün də çox faydalıdır.
Zəncəfil — Antioksidantlarla zəngin olan zəncəfil soyuqdəymə üçün faydalıdır.
Darçın — mətbəxlərdə çubuq və toz şəklində istifadə olunur. Xolesterini aşağı salmağa, qan təzyiqini tənzimləməyə, bədənin müqavimətini artırmağa kömək edir.
Sumaq — limon qədər turş kimi bilinən ədviyyatdır. Bu ədviyyat həzmi asanlaşdırmaq və bədənin şəkər səviyyəsini tarazlaşdırmaq üçün də yaxşıdır.
Sarıkök — sarıkökün beyin sağlamlığına müsbət təsirləri olduğu müşahidə edilib. Qaraciyəri gücləndirir və ürək xəstəliklərinin qarşısını alır.
Dəfnə yarpağı — xoş ətri ilə bütün yeməyin dadını dəyişən dəfnə yarpağı yeməli bitki deyil, yalnız ətir kimi istifadə olunan ədviyyatdır.
Mixək — yoğun dadı və qoxusu ilə xüsusilə şərbət və kompotlarda istifadə olunur. Tort və desertlərin hazırlanmasında istifadə edilən mixək bitki çaylarına da əlavə edilə bilər. Ağız sağlamlığına faydalı olduğu üçün çeynəyərək də istifdə edilə bilər. Qoxusu diş və diş əti ağrılarına yaxşı gəlir.

Etiketler