Ananas şirəsinin faydaları

Ananas şirəsinin faydaları

Yazar Yorum Yap 20 views

Ananas şirəsi o zaman faydalı olar ki, təbii halda suyunu özünüz çıxartmış olasınız.

Azdoktor.az deyerler.org-a istinadən xəbər verir ki, ananas şirəsinin faydaları çoxdur. Onlarla tanış olaq:

1. Anti-oksidantdır. Ananas şirəsində anti-oksidantlar vardır ki, bədəninizi təhlükəli xəstəliklərdən qoruyar. Bu təhlükəli xəstəliklərin virusları toplara bənzəyir ki, insan bədəninə davamlı olaraq hücum etməkdədir. Sizin xarici hüceyrələrinizə hücum edərək, onları məhv etməyə çalışarlar. Ancaq ananas şirəsi qəbul edən zaman bədən anti-oksidantla zənginləşər və bu cür virusların və bakteriyaların qarşısını alar.

2. Vitaminlə zəngindir. Ananas şirəsinin tərkibində çox sayda vitamin mövcuddur. Bu şirənin tərkibində ən çox C vitamini vardır ki, immun sistemini gücləndirər və bədəni xərçəng riskindən qoruyar. Bundan başqa, ananas şirəsində B1 vitamini vardır. Bu vitamin şəkəri enerjiyə çevirər və ona görə də bu şirə bizə gün ərzində enerji verər. Ananas şirəsində maqnezium, kalsium vardır.

3. İltihab əleyhinədir. Ananas şirəsində bromelain maddəsi mövcuddur ki, iltihab əleyhinədir. Xüsusilə də əzələ zədələrinin sağalmasında böyük rola malikdir. Bu şirə qandakı şəkəri tənzim edər və təbii iltihab əleyhinə olan dərmandır.

4. Yeməyi yaxşı həzm edir. Ananas şirəsi həzmi yaxşılaşdırar və maddələr mübadiləsini təhrik edər. Tərkibində olan bromelain maddəsi sayəsində insan yediyi yeməyi yaxşı həzm edər.

5. Göyərməni aparır. Əgər bədininizin hansısa yeri göyəribsə, ananas şirəsindən götürüb həmin yerə sürtün və təsirini görəcəksiniz.

6. Öskürəyə faydalıdır. Öskürəyin müxtəlif səbəbləri olur. O cümlədən tənəffüs yollarının iltihabı, həssaslıq, soyuqdəymə, dərmanların təsiri. Bəzi qan təzyiqi dərmanları insanda öskürək yaradar. Öskürəyin səbəbi nə olursa-olsun, insana çətinliklər gətirər. Yuxu zamanı, yemək yeyən zaman… Son tədqiqatlar göstərir ki, ananas şirəsi öskürəyi aradan aparmaq üçün təsirli içəcəkdir. Tərkibində anti-oksidant, C, A vitamini olduğu üçün immun sistemini gücləndirər və bədəndəki xəstəliklərlə mübarizə aparar.

Etiketler