Artıq çəkidən qurtulmağın müxtəlif yolları var: idman, pəhriz, yoqa və s. Pəhriz zamanı qəbul edilən qidalar qədər onların tərkibindəki vitaminlər də arıqlamaqda mühüm rol oynayır.
Axşam.az bədənimizin arıqlamaq üçün ehtiyac duyduğu vitaminləri təqdim edir.
D vitamini
Bu vitaminin çatışmazlığı aclıq hissi yaradaraq həddindən artıq qida istehlakına səbəb olur. D vitamini kifayət qədər istehlak edildikdə orqanizm beyinə leptin hormonunu göndərir ki, bu da insanın tox olduğunuzu bildirir. Bununla da bədənin aclığa qarşı müqavimətini artırır. Həmçinin, qan dövranında kifayət qədər D vitamininin olması hüceyrələrin yağ saxlaması və toplamasını ləngidir.
C vitamini
Xüsusilə idmandan əvvəl qəbul edilən C vitamini yağların yandırılmasını asanlaşdırır. Səhər qəbul edildikdə isə maddələr mübadiləsini sürətləndirir.
B12 vitamini
B12 hüceyrə yaşlanmasının qarşısını alır və sinir hüceyrələrini təmir edir. Yaddaş üçün çox vacib olan bu vitamin ürək-damar xəstəliklərinin də qarşısını alır. Həzm qabiliyyətini yaxşılaşdıran B12 vitamini karbohidratları enerjiyə çevirir və artıq yağları azaldır. Yorğunluğun qarşısını alaraq maddələr mübadiləsini sürətləndirir.
B6 vitamini
B6 vitamininin ən əhəmiyyətli xüsusiyyətlərindən biri çəkiyə nəzarət imkanı tanımasıdır. Bu vitamin maddələr mübadiləsini sürətləndirir və çəki atmanı asanlaşdırır. Həzm qabiliyyətini yaxşılaşdıran B12 vitamini karbohidratları enerjiyə çevirir və yağları azaldır.