Sellülitsiz bədən hər bir xanımın arzusudur. Bunun üçün ciddi pəhriz saxlamaq lazımdır. Çünki artıq çəkidən xilas olmaqla sellülitləri məhv etmək mümkün deyil.
Axşam.az sellülitləri aradan qaldıracaq pəhrizi təqdim edir:
Bu pəhrizi 10 gün etməlisiniz. Bir müddət fasilə verdikdən sonra yenidən təkrarlamaq olar.
I və II gün:
Ancaq duru yeməklər yeməlisiniz. Hər üç saatdanbir 1 stəkan təbii meyvə şirəsi, çobanyastığı və nanə dəmləməsi için.
Günorta və axşam tərəvəz şorbası (ya da püresi) yeyin.
III və IV gün:
Günorta və axşam içərisinə zeytun yağı, limon şirəsi, sarımsaq və cəfəri tökülmüş tərəvəz salatı yeyin. Meyvə şirəsi və ya çay için.
V gündən son günə qədər:
Səhərlər yulaf sıyığı, meyvə şirəsi və bir dilim çörək yeyə bilərsiniz. Günorta suda bişmiş az miqdarda ət, tərəvəz salatı, şam yeməyində isə tərəvəz omleti və salatı məsləhətdir.