Pis qan dövranının 5 əlaməti — 40 yaşdan yuxarıların diqqətinə

Pis qan dövranının 5 əlaməti — 40 yaşdan yuxarıların diqqətinə

Yazar Yorum Yap 0 views

Bədəndən ayaqdan başa kimi pis qan dövranı 40 yaşdan sonra insanı sürətlə qocaldan əsas səbəblərdən və simptomlardan biridir.

Day.Az medicina.az-a istinadən xəbər verir ki, fizioterapevt Krus Tatt hər kəsin qan dövranının vəziyyətindən xəbərdar olmalı olduğunu bildirib.

«Qan dövranının pozulması təkcə yaş dəyişikliyi yox, eləcə diabet, ürək-damar problemi və damar xəstəliklərində ola bilər.

Onu müalicə etmədikd öz-özünə həll olan deyil. Əvəzində qısa müddətdə tromb, tromboz, infarkt, insult, xoralara səbəb ola bilər.

Pis qan dövranının əlamətləri bunlardır.

— Ayaqlarda sanki iynə batırma hissi.

— Soyuq əllər və ayaqlar — qan dövranı aşağı düşdükdə periferik zonalar daha soyuq olur

— Ödem, şişkinlik — əllər, ovuclar, ayaqlar şişir

— Əzələ spazmı, oynaqlarda ağrılar, ayaqlarda ağrılar — ən birinci səbəblərdən biri qan dövranı pozulmasıdır.

— Dərinin rənginin dəyişməsi — göyərmiş, ağarmış rəng alır. Əllərin barmaqlarına diqqət yetirin. Eləcə də dodaqlar göyərmiş olur.

Əgər bu əlamətlər varsa, siz kardioloq, nevroloqa müraciət etməlisiz.

Etiketler