Xarici mətbuatın məlumatına görə, İngiltərə nefroloqları 11 il ərzində 3 min insanın qidalanmasını təhlil etdikdən sonra böyrəklərin sağlamlığına ən böyük ziyan vuran 2 məhsulu təyin ediblər.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu məhsullar — şorabalar (və həmçinin digər duzlu qidalar) və şirin qazlı içkilərdir.
Sübut olunub ki, duzlu qidaların və cola kimi şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu tez bir zamanda böyrəklərin funksiyalarının pozulmasına və böyrək xəstəliklərinin inkişafına səbəb olur. İnsanda böyrək xəstəliklərinin digər risk faktorları (irsiyyət, hipertoniya, şəkərli diabet və s.) olduğu halda belə qidaların qəbulu daha da təhlükəlidir.
Alimlərin fikirinə görə, hər gün 2 və bundan artıq stəkan cola içən insanlarda böyrək xəstəliklərinin riskini 2 dəfə artırır.