Axsaqlıq

Axsaqlıq

Yazar Yorum Yap 33 views

 Ombanın anadangəlmə çıxığı

•  Poliomielit

• Septik artrit 

• Omba oynağının vərəmi

Axsaqlıq həm cüzi (ayaqqabıda mıx), həm də çox ciddi səbəblərdən (məsələn  parez, yəni  əl-ayağın  qismən iflici)  baş verə bilər.
Valideynlər  mümkün  zədələnmə (yıxılma, zərbə  və s.), oynaqlarda ağrılar, bədənin hərarətinin artması kimi  hallara diqqət yetirməlidirlər. Zaman keçdikcə ağsaqlıq necə dəyişir: azalır, artır, dəyişirmi. Uşağın  ayağında olan ziyillər, qabarlar, sıyrıntı, pəncədə sürtünmələr, barmaqda dırnağın içəriyə böyüməsi, ayaqqabının  uşağa mane  olub-olmamasına  da fikir vermək lazımdır.

Ombanın anadangəlmə çıxığı:  0,2- 0,5% yenidoğulmuşlarda, xüsusən də  qızlarda oğlanlardan 5 – 6 dəfə çox rast gəlinir. Anadangəlmə omba çıxığı olan uşağı zahirən yoxladıqda ombaların asimetriyası, sağrılarda və dizlərdə büküşlər görünür. Uşaq  ombasını tam çəkə bilmir, xəstə nahiyədə isə ayaq qısa görünür, az hərəkətlidir. Bud sümüyünün başında şiş nəzərə çarpır. Uzanan vəziyətində isə onun xəstə ayağını götürüb kənara çəkəndə şıqqıltı eşidilir.

Yardım: əgər uşaqda anadangəlmə omba  çıxıgının əlamətləri varsa, cərrah-travmatoloqa mümkün qədər erkən müraciət etmək lazımdır. Çıxığı yerinə salmaq mümkün olduqda uşağa massaj  edilir, sarğı lövhəcikləri və ya yastıqlar vasitəsi ilə ombaların aralanması, müalıcəvı gimnastika aparılır. Daha ağır hallarda cərrahi əməliyyat göstərişdir. Valideynlər müalicənı nə qədər tez başlasalar, uşağın sağalmaya  şansı  daha çoxdur.

Poliomielit: bu, onurğa beyninin boz maddəsinin infeksion zədələnməsi, hərəkətlərin məhdudlaşması (keyimiş parezlərın inkişafı) və ifliclə (hərəkətlərin tam dayanması) xarakterizə olunan virus məşəli xəstəlikdir. İnfeksiyanın mənbəyi xəstə insandır. Poliomielit qrip xəstəliyində  olduğu kimi halsızlıqla başlayır. Sonra isə  qızdırma, zəiflik, iştahanın itməsi kimi əlamətlər də qoşulur. Təxminən xəstələrin yarısında zökəm və yuxarı tənəffüs yollarının iltihabı müşahidə edilir. 1–2 gündən  sonra, bəzən də erkən, əsəb sisteminin zəifləməsinin əlamətləri yaranır: baş ağrısı, qusma, əl–ayaqda və beldə ağrılar, ənsə əzələlərinin hərəkətsizliyi — əzələlərin hansı qrupun zədələnməsindən asılı olaraq,  uşaqda əyripəncəlik, ayağın deformasiyası, “ laxlayan” diz oynağı (diz oynağında ayağın çox bükülməsi) və ya omba sümüyünün çıxığı müşahidə olunur.  Bütün bu hallarda uşaq axsamağa başlayır.

Yardım: uşaqda soyuqdəymə xəstəliyi fonunda sinir sisteminin zədələnməsi əlamətləri yarandıqda həkimi evə çağırmaq lazımdır. Poliomielitli xəstələrin müalicəsini stasionarda aparırlar. Xəstə uşağın olduğu otağın dezinfeksiya tədbirləri haqqında məlumat «Yoluxucu  xəstəliklər» bölməsində «Skarlatina» məqaləsində verilir. Poliomielitin profilaktikası üçün erkən yaşlarından başlayaraq uşaqlara peyvənd vurulur.  Uşaqlara peyvəndlərin vurulması ilə əlaqədar  sahə uşaq poliklinikasının həkim və tibb bacısı tərəfindən nəzarət edilir.

Septik artrit: axsaqlıq diz oynağının zədələnməsi  zamanı baş verir. Oynaq şişir, qızarır, isti, əl vuranda isə ağrılı olur.  Axsaqlıq qızdırma ilə müşayiət olunur.

Yardım: «Oynaqlarda ağrılar » bölməsində   «Oynaqların septik iltihabı » məqaləsinə bax.

Omba oynağının vərəmi: bu xəstəlik üçün yüngül, növbələnən axsaqlıqmxarakterikdir. Səhər çarpayıdan duranda və fiziki çalışmalardan sonra oynaqlarda ağrılar olur. Ağrılar dizə  və budun orta hissəsinə verir. Vaxtaşırı olan ağrılar və axsaqlıq bir neçə günə və ya hətta həftəyə yox olur. Oynağın proqressiv dağılması və bud sümüyünün baş və  boyun toxumalarının sorulması  ilə xəstə ayaq bir qədər bükülür, o biri ayağa yaxınlaşır və içəri çevrilir. Bu məsələyə  aid məlumatı əldə etmək üçün «Oynaqlarda ağrılar» bölməsinə bax.

Yardım: oynağın zədələnməsinə gətirib çıxaran əsas xəstəliyi olan vərəmi  müalicə etmək lazımdır. 

Etiketler