Bu qidalar öd kisəsini sağlam saxlayır

Bu qidalar öd kisəsini sağlam saxlayır

Yazar Yorum Yap 29 views

Həzm proseslərində iştirak edən qatı acı maye öd qaraciyərdə istehsal olunur.

Öd kisəsində yığılan öd daha sonra lazım olduqda 12 barmaq bağırsağına ifraz olunur və həzm proseslərində (əsasən piylərin parçalanmasında) iştirak edir.

Müxtəlif səbəblərə görə ödün öd kisəsindən axması pozula bilər, öd kisəsində durğunluq yarana bilər. Bu isə öd kisəsinin iltihabına, öd kisəsində daşların əmələ gəlməsinə səbəb olur. Öd kisəsinin fəaliyyətində olan pozulmalar qaraciyərin sağlamlığına çox mənfi təsir. Nəticədə qaraciyərdə də pozulmalar inkişaf etməyə başlayır.

Öd kisəsinin və qaraciyərin sağlamlığını qorumaq üçün insan öz qidalanmasına tez-tez ödqovucu qidaları daxil etməlidir.

Bu qidalar arasında:

— təbii bitki yağları (zeytun, günəbaxan, qarğıdalı). Burada xüsusi emaldan keçməmiş, təbii qoxusu və rəngi olan bitki yağları nəzərdə tutulur. Həkimlər belə yağları az miqdarda olmaqla tərəvəz salatlarına əlavə etməyi tövsiyə edir.

— buğda kəpəyi. Bu məhsul da öd yollarının hərəkətliliyini yaxşılaşdırır.

— tərəvəzlər (çuğundur, kök, kələm)

— meyvələr və giləmeyvələr (portağal, limon, əncir, ərik qurusu, turş giləmeyvələr)

— meyvə və tərəvəz şirələri (xüsusilə çuğundur, kələm, qara turp şirələri)

— sarıkök, zəncəfil — əla ödqovucu vasitələrdir

— kasnı kökü dəmləməsi və kasnı kökündən hazırlanmış qəhvə

— göyərtilər (şüyüd, kərəviz, ispanaq)

— avokado

— itburnu dəmləməsi

— nanə çayı

Həmçinin adi təmiz suyun kifayət qədər qəbulu orqanizmdə durğunluq proseslərinin (o cümlədən öd kisəsində) qarşısını alır.  İlıq az miqdrda limon şirəsi əlavə olunmuş su əla ödqovucu vasitədir.

Etiketler