ÇAY bu xəstəlikdən də qoruyur. YENİ ARAŞDIRMA

ÇAY bu xəstəlikdən də qoruyur. YENİ ARAŞDIRMA

Yazar Yorum Yap 10 views

Amerika alimləri çayın növbəti faydasını aşkar ediblər. Araşdırmalar göstərib ki, çay qidaların qlikemik indeksini və nəticədə qanda şəkərin səviyyəsini azaldır.

Bu şəkərli diabetdən əziyyət çəkən və bu xəstəliyə görə risk qrupunda olan insanlar üçün çox vacibdir.

Saglamolun.az The Daily Mail-ə istinadla xəbər verir ki, alimlərin fikrinə görə, çayın orqanizmdə qlükozanın mənimsənilməsini ləngidən xüsusiyyəti bu populyar içkidə olan polifenol maddələri ilə bağlıdır.

Bundan əvvəl keçirilmiş elmi araşdırmalar çayın ürək-damar sistemi üçün çox faydalı olduğunu təsdiq edib. Həmçinin çay beyinin fəaliyyətini aktivləşdirir, xərçəngin inkişafının qarşısını alır, orqanizmi cavanlaşdırır.

Alimlər gün ərzində 3-5 fincan təzə dəmlənmiş çayı içməyi tövsiyə edir.

Etiketler