Ürəyi sağlam saxlamaq üçün 5 SADƏ MƏSLƏHƏT

Ürəyi sağlam saxlamaq üçün 5 SADƏ MƏSLƏHƏT

Yazar Yorum Yap 19 views

Statistika göstərir ki, biz ürək-damar sistemi xəstəliklərinin epidemiyası dövründə yaşayırıq.

Ürək-damar sistemi xəstəlikləri xeyli «cavanlaşıb» və son vaxtlar hətta cavan insanlarda tez-tez aşkar olunur. Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölüm səbəbləri arasında qorxunc 1-ci yer tutur.

Həkimlər qeyd edir ki, ürəyi artıq xəstəlik inkişaf etdikdən sonra deyil, cavanlıqdan, uşaq yaşlardan qorumağa başlamaq lazımdır. Bu kifayət qədər asandır. Ürəyi sağlam saxlamaq üçün 5 sadə məsləhət:

— Düzgün və sağlam şəkildə qidalanın. Bu o deməkdi ki, qidalanmanız təbii qidalardan ibarət olunmalıdır. Marqarin və bu kimi süni «yağlar», kolbasa-sosis məmulatları, fast-fud qidaları, dükanlarda satılan peşenye, vafli və s. şirniyyatlar, çox duzlu, yağlı qidalar ürəyin sağlamlığı üçün ziyanlıdır.

Kardioloqlar ürəyin sağlamlığı üçün hər gün 1 ovuc qoz-fındıq (badam, püstə, keşyu, qoz), 1 diş sarımsaq,  1 tikə qara şokolad, 1 alma və 1 banan yeməyi tövsiyə edirlər.

— Hərəkətli olun. Ürək əzələdir. İstənilən əzələni tonusda saxlamaq üçün onu daim işlətmək lazımdır. Bu ürək əzələsinə də aiddir. Sağlamlığınız buna yol verirsə hər gün 20-30 dəqiqə ərzində bədən tərbiyəsi ilə, qaçışla məşğul olun, hovuzda üzün. Əgər bu mümkün deyilsə, hər gün ən azı 30 dəqiqə ərzində piyada gəzin.

— Kifayət qədər yatın və dincəlin. Sübut olunub ki, həddindən artıq çox işləyən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski artır.

Yuxusuzluq, xüsusilə də xroniki yuxusuzluq, ürəyin sağlamlığına çox mənfi təsir edir.

— Ziyanlı vərdişlərdən imtina edin. Siqaret və spirtli içkilər ürək-damar sisteminə böyük zərbə vurur. Siqaret çəkmək damarların xroniki sıxılmasına səbəb olur. Bu isə müxtəlif pozulmalara gətirib çıxardır.

Spirt isə ürək əzələsinə güclü toksiki təsir edir.

— Mənfi emosiyalardan, streslərdən uzaq olun. Kardioloqlar çoxdan fikir verib ki, tez-tez mənfi emosiyaları (hirs, həsəd, kin, kədər) keçirən, pessimist insanlarda ürək-damar sistemi xəstəliklərinin riski artmış olur.  Əksinə isə pozitiv, optimist insanlarda bu xəstəliklərə daha az təsadüf edilir.

Milli.Az

Etiketler