Sarımsaq nikotini zərərsizləşdirir

Sarımsaq nikotini zərərsizləşdirir

Yazar Yorum Yap 51 views

Türkiyəli alimlər sarımsağın daha bir xeyrini üzə çıxarıblar. Professor Rəmzi Köbk tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, bir diş sarımsaq gün ərzində çəkilən siqaretdən insanın qanına keçən nikotinin zəhərlərinin qarşısını alır. Belə ki, bədəndə xərçəng risqini azaldan sarımsağın qəbulu insanın sinir sistemini və qan dövranını yaxşılaşdırır; insana əlavə güc və enerji verir. Onun sözlərinə görə, sarımsaq düzgün istifadə olunması halında çox yaxşı antibiotikdir. O, mikrobları öldürür, bağırsaqları qurdlardan təmizləyir. Qaraciyərdəki rahatsızlıqlar, başın hərlənməsi, qızdırmanın olması, qulaqların uğuldaması kimi xəstəliklərə çox yaxşı təsir edir. Bundan əlavə, sarımsaq qanda şəkərin miqdarını tənzimlədiyi üçün şəkər xəstəliyinə qarşı ən yaxşı təbii vasitə hesab edilir.

Etiketler