Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır

Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır

Yazar Yorum Yap 20 views

Son vaxtlar həkimlər gecə təngnəfəsliyi simptomuna diqqəti artırıblar. Bu təngənəfəslik bilavasitə ağciyər və ya ürək xəstəlikləri ilə bağlı deyil. Belə ki, ciddi xəstəliklərin əmələ gəlməsindən bir neçə il əvvəl yaranır. Pasiyentin bu simptomdan xəbərdar olmaması səbəbindən, xəstəliyin diaqnostikası vaxtında aparılmır. Gecə təngnəfəsliyi müxtəlif səbəblərdən erkən ölümə gətirib çıxarır.
Qeyri-bərabər gecə nəfəsalması əsəb sisteminin düzgün tənzimlənməməsi əsasında yaranır. Qan lazımi miqdarda oksigen almır, bütün orqanlar, xüsusilə beyin və ürək əziyyət çəkir. Nəfəs bir neçə saniyədən bir neçə dəqiqəyə kimi dayana bilər. Belə vəziyyət “apnoe” adlanır. Bu, güclü dağıdıcı təsirə malikdir və bununla ölümü yaxınlaşdırır.
Araşdırmalar zamanı gecə təngnəfəsliyindən əziyyət çəkən insanların səhərlər başağrılarından və gün ərzində daimi yuxuluqdan şikayətləndiklərinə diqqət ediblər. Bundan daha çox yaşlı kişilər və həddindən artıq çəkili insanlar əziyyət çəkirlər. Bütün bunlar infarktın və insultun yaranma riskini artırır. Ürək xəstəliklərindən qəfil ölüm sindromunun səbəbi tam aydınlaşmayıb. Ola bilər ki, bu, gecə təngnəfəsliyi səbəbindən yaranır.

Etiketler
Sonraki konu »