Ürək və böyrəklərin sağlamlığı üçün hər gün 1 bişmiş kartof

Ürək və böyrəklərin sağlamlığı üçün hər gün 1 bişmiş kartof

Yazar Yorum Yap 24 views

Kartof bütün dünyada ən çox yeyilən tərəvəzlərdən biridir. Dadlı və doyumlu kartof həmçinin çox faydalı məhsuldur.

Kartof bir çox vitamin, minerallar, liflər, nişasta və s. faydalı maddələrlə zəngindir.

Kartofun tərkibində kalium çoxdur. Bu mikroelement böyrəklər və ürəyin sağlamlığında xüsusilə böyük rol oynayır. Kalium orqanizmdən artıq mayeni xaric edir və bununla da ürək və böyrəklərə düşən yükləmə  azalır, onların fəaliyyəti yaxşılaşır, təzyiq normallaşır. Bütün bunlar, təbii ki, böyrək və ürəyin sağlamlığına çox müsbət təsir edir.

Həkimlər ürək və böyrəklərin sağlamlığını qorumaq üçün hər gün 1 ədəd qabıqda bişirilmiş kartof yeməyi tövsiyə edirlər. Kartofu az suda, sobada (yağsız!) və ya buğda bişirin və yeyin (duz vurmaq lazım deyil).

Etiketler