«Bəzən valideynlər uşaqlara immuniteti gücləndirmək üçün dərman verirlər. Bu, doğru deyil».
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimli bildirib.
«Səbəbsiz yerə dərman verilməsinin tərəfdarı deyiləm. İmmunitet ya var, ya da yoxdur. İmmunitetin güclənməsi üçün idman, təmiz hava və təbii qidalar vacibdir», — pediatr deyib.